Rüsvay
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Dövlət mənafeyi! Həqiqətən dəhşətli sözlər! Çünki onlar xristianlıqdan daha çox rəsmi dairələrin və hökumət təbəqələrinin adamlarını korlayıb rüsvay etdilər. Bu sözləri eşidəndə hər şey susur, hər şey yox olur: düzlük, namus, ədalət, qanun, hətta mərhəmət də yox olur və bununla da məntiq və sağlam düşüncə yox olur: qara ağ, ağ qara, vəhşi insan, ən alçaq xəyanət, ən amansız cinayətlər şərəfli əməllər dərəcəsi qazanır. Mixail Bakunin
Ə
[redaktə]- Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.[1] İmam Kazım
- Əgər kimisə rüsvay etsən, bir gün özün də rüsvay olarsan. Avar atalar sözləri
G
[redaktə]- Gözəllik və hikmət haqqında bizim aramızda ümumi bir fikirdir ki, onları bəxş etməyin şərəfli və rüsvayçı bir yolu vardır. Çünki öz gözəlliyini hər kəsə pul qarşılığında təklif etmək fahişəlik adlanır; amma namuslu adam kimi tanınan sevgili ilə dostluq etməyi fəzilət hesab edirik. Hikmətlə də belədir. Bütün gələnlərə pul üçün təklif edənlər sofistlər, müdriklik fahişələri kimi tanınırlar. Ksenofon
H
[redaktə]- Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə. Nuşirəvan Adil Xosrov
İ
[redaktə]- İnsan təbiəti acları yemək uğrunda döyüşməyə, yorğunları dincəlməyə, işdən yorulanları möhlət axtarmağa, rüsvay olanları şərəf axtarmağa məcbur edir. Şan Yan
M
[redaktə]- Mənim ölkəm məni rüsvay edir, siz isə öz ölkənizi utandırırsınız. Anaxarsis
N
[redaktə]- Nə qədər ki, insan özünü rüsvay etmir, heç kim onu rüsvay etməz. Bolqar atalar sözləri
Ö
[redaktə]- Öyünən qız ziyafətdə rüsvay olacaq. Özbək atalar sözləri
R
[redaktə]S
[redaktə]- Siyasət pis peşə deyil. Uğur qazansanız çoxlu mükafatlar var, özünüzü rüsvay edirsinizsə, hər zaman kitab yaza bilərsiniz. Ronald Reyqan
Ü
[redaktə]- Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edir. Deyl Karnegi
V
[redaktə]- Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir. Viktor Hüqo
Y
[redaktə]- Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar. Abbasqulu ağa Bakıxanov