Məzmuna keç

Sədaqət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • “Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci, sədaqət, ikinci, ülfət, üçüncü, vəfa, dördüncü, şəfəqqət, beşinci, rəhmdillik, altıncı, mükafat, yeddinci, ortaqlığın hüsnü, səkkizinci, hökmün hüsnü, doqquzuncu, hörmət, onuncu, təslim, on birinci, təvəkkül, on ikinci, ibarət. Nəsirəddin Tusi
  • Ərinə sədaqət qadının, loyallıq nazirlərin, insanların müdafiəsi hökmdarın borcudur, yaxşı davranış isə böyük ruhların vəzifəsidir. Çanakya
  • Həkimlik öz xalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir. Heydər Əliyev
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaşqabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım. Oskar Uayld
  • Mən inanıram ki, əsl sevgi və sədaqət son nəticədə dünyadakı hər cür pisliyə və müsibətlərə qalib gələcək. Çarlz Dikkens
  • Məni ürəyinin başında, qolunda möhür eylə. Çün məhəbbət ölüm qədər güclüdür, sədaqət Məzar kimi dönməzdir. Alovu alışıb-yanır; Yahın alovudur. Gur sular məhəbbəti söndürə bilməz, çaylar yuyub apara bilməz. Məhəbbəti almaq üçün insan bütün evini versə də, yenə bir heç sayılar. Bibliya, Nəğmələr nəğməsi 8:6, 7
  • Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
  • Pul ilə satın alınan sədaqət, daha çox pul ilə də satılar. Seneka
  • Sevərkən sevimli mənbədən başqa mənbədən su içmək istəmirsən. Sədaqət bu halda təbii şeydir. Stendal
  • Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər. Fransua de Laroşfuko
  • Sədaqət digər qabiliyyətlətlərlə müqayisədə məni daha çox heyrətləndirir. Sədaqət və Sücayət – iki ən gözəl keyfiyyətdir. Aqata Kristi
  • Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur. Nazim Hikmət
  • Sədaqət ona deyilir ki, bəslənilən məhəbbət dostun bütün arzularının yerinə yetirilməsinə səbəb olsun, mümkün ola biləcək hər şey onun yolunda qurban edilsin. Nəsirəddin Tusi
  • Sədaqət sərvətdə deyil, ağıldadır. Benqal atalar sözləri
  • Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir. Karl Hilti
  • Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.Heydər Əliyev

Istinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319