Top (silah)
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. Hüseyn Cavid
D
[redaktə]- Dəlillər qurtaranda, toplar danışmağa başlayır. Güc, kütbeyinin son arqumentidir.Otto fon Bismark
F
[redaktə]- Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq. Napoleon Bonapart
X
[redaktə]- Xalq sözü topdan betərdir. Qazax atalar sözləri
İ
[redaktə]- İnsanları məhv etmək üçün düşünülmüş toplardan, nüvələrdən, bombalardan,tüstüsüz barıtlı raketlərdən, torpedalardan və başqa ölüm vasitələrindən dəhşətli nə ola bilər? Lev Tolstoy
K
[redaktə]- Kibrdən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.Aşıq Ələsgər
M
[redaktə]- Məzlumun zalımın vədlərinə güvənməsi, top və qılıncdan daha ölümcüldür. Cəmaləddin Əfqani
Ö
[redaktə]- Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... Ernesto Çe Gevara
- Ömür bir at olmuş, sən də belində,
Bu ömrü dördnala çapasan gərək.
Həyat bir top olmuş sənin əlində,
Vurasan, əyləncə tapasan gərək.… Rudəki
S
[redaktə]- Sərçəyə topdan atəş açmazlar. Rus atalar sözləri
T
[redaktə]- Top atəşində doğulan güllə səsindən qorxmaz. Yapon atalar sözləri
Z
[redaktə]- Zülmün topu var, gülləsi var, qalası varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Tofiq Fikrət