Məzmuna keç

Uca



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər. Viktor Hüqo
  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. Uilyam Şekspir
  • Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
  • Elm uca olan yerdə, insan da uca olar. Rus atalar sözləri
  • Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu? Jan Jak Russo
  • Gördüyün işi ləyaqətlə yerinə yetirsən, həmişə başın uca olar. Tomas Karleyl
  • Həyat, eqoist və ya düşüncəsizcə hərəkətlər səbəbiylə yox edilə bilməyəcəyi kimi, daha uca bir dəyər və ya məqsəd üçün də fəda edilə bilməz. Albert Şveytser
  • Həyatda həqiqi xoşbəxtlik budur: uca olduğunu qəbul etdiyiniz bir amal üçün var olmaq. Corc Bernard Şou
  • Şöhrət - uca qayalıq, insan oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır. Abay Kunanbayev
  • Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. Füyuzat jurnalı
  • Yaxşı dost, yanında uca səslə danışıb düşünə biləcəyin insandır. Ralf Uold Emerson
  • Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır. Füyuzat jurnalı

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]