Məzmuna keç

Uzunluq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arxa cibimdə 2 metr uzunluğunda kəfənim var, həmişə hazırdır və hər yerdədir. Ölsəm, həyatımda istədiyim tək bir şey var, bir şey. Heç vaxt deməsinlər bu ölkəni sevmirəm mən, bu ölkəni Ədirnədən Ərdahana qədər sevdim. Ahmet Kaya
  • Bəzi alman sözləri o qədər uzundur ki, onları perspektivdə müşhaidə etmək olar. Sonda sözün uzunluğu dəmir yol relsləri kimi daralır. Mark Tven
  • Bu təcrübəni izah etmək üçün çox çalışdım və nəhayət yalnız bir çıxış yolu tapdım. Qatı bir cismin iki nöqtəsini birləşdirən xəttin yerin istiqamətində olduğu zaman eyni uzunluqda qalmadığı hipotezindən ibarətdir. Hərəkət paralel hərəkət edir və sonra şaquli olaraq üzərinə qoyulur. Hendrik Lorens
  • Çaya yetmiş amada qalmış paltarını soyun. (Amada - 16 km-ə yaxın uzunluq ölçüsü). Teluqu atalar sözləri
  • Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər. Yaponiya
    • Moskvanın Pekindəki səfiri S.Nikolay üçün xatirə məktubundan, 1675.
  • Doğuşdan sonrakı hadisələrlə bağlı suallar arasında ömür uzunluğu haqqında suallar birinci yerdədir. Ptolemey
  • Dostluğun dərinliyi tanışlığın uzunluğundan asılı deyil. Rabindranat Taqor
  • Dünyada gənclik varkən sivilizasiyanın geriyə axması mümkün deyil. Gənclik inadkar ola bilər, lakin bu, ona verilən uzunluqda irəliləyəcək. Helen Keller
  • Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq. Cübran Xəlil Cübran
  • Əgər Yer kürəsi kürə formasında və öz oxu ətrafında fırlanmasaydı, onda gecə ilə gündüzün uzunluğu bir olardı. Əl-Biruni
  • Həyat bir nağıla bənzər, uzunluğu yox, yaxşı olub-olmaması mühümdür. Seneka
  • İlan öldüyündə uzunluğunu görə bilərik. Haiti atalar sozləri
  • İlanın uzunluğu bir supdan artıq deyıl, amma elə bil adamı indicə udacaq. (Sup - 3,8 sm-ə bərabər ölçü vahidi). Yapon atalar sözləri
  • İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə. Məhəmməd
  • Miletli Fales, şübhəsiz ki, müdrikliyi ilə məşhur olan bu yeddi adamın ən əhəmiyyətlisi idi - və əslində o, yunanlar arasında həndəsənin ilk kəşfçisi, təbiətin ən etibarlı müşahidəçisi, ulduzların ən bilikli şagirdi idi: bir neçə sətirlə o, çox böyük şeylər kəşf etdi, fəsillərin uzunluğunu, küləklərin əsməsini, ulduzların yolunu, ildırımın heyrətamiz gurultusunu, bürclərin əyri kursunu, günəşin illik qayıdışını; yüksələn ayın böyüməsini, azalan ayın azalmasını və batan ayın maneələrini kəşf edən o idi. Apuley
  • Ömrünün uzunluğu ilə heç nə edə bilməzsən, amma genişliyini və dərinliyini çox edə bilərsən. Arximed
  • Sözün ayağı yoxdur, amma min liyə bərabər yol gedir. (Lİ - 0,5 km-ə yaxın uzunluq ölçüsü). Koreya atalar sözləri
  • Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq. İsaak Nyuton
  • Yalanın uzunluğu nahara qədərdir. Tabasaran atalar sözləri
  • Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo

İstinadlar

[redaktə]