Məzmuna keç

Ədalət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Emil Zolya
  • Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi üçün, həqiqət, ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir. — Mir Cəlal Paşayev
  • Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. — Məhəmməd peyğəmbər
  • Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. Emil Zolya
  • Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər. Əfzələddin Xaqani
  • Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
  • Ədalət elə nadir keyfiyyətdir ki, onu heç bir pulla almaq olmaz [1] Alen Rene Lesaj
  • Ədalət güclü, güclü də ədalətli olmalıdır Blez Paskal
  • Ədalət – ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. (Ulpian)
  • Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. Aleksandr Hamilton
  • Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Mişel de Monten
  • Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Onore Mirabo
  • Ədalət üçün ən gizli təhlükə qabaqcadan əmələ gəlmiş yanlış fikirdir. Öz fikrini mütləq həqiqət hesab etmə. Çünki, həqiqətlər dəyişkəndir. Jan Jak Russo
  • Ədalət yer üzündə Allahın tərəzisidir. Həzrəti Əbu Bəkr
  • Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur. Sokrat
  • Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. Məhəmməd peyğəmbər
  • Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)
  • Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. Jak Amyot
  • Ədalətin ilk mükafatı, ədalətli hərəkət etməyinizi düşünməkdir. Jan Jak Russo
  • Ədalətin qüvvətli, qüvvətlilərin də ədalətli olması lazımdır. Blez Paskal
  • Heç bir dəyər ədalət qədər böyük ola bilməz. Jozef Adddison
  • Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Siseron
  • Qılıncın bacarmadığını ədalət bacarar. (Sultan Süleyman)
  • Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. [2] Lao-tszı
  • Yazılı qanunlar-ədalət keşikçiləridir. Qorqi
  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.134
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014