Şeh
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir şeh damcısı üzərində düşünərək dənizin sirrini kəşf etdim. Cübran Xəlil Cübran
D[redaktə]
- Dünya – həqiqətin suyunu kəsənlərin yox, onu şehi ilə suvaranlarındır. Rahid Ulusel
H[redaktə]
- Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək. Rabindranat Taqor
İ[redaktə]
- İki şeh damcısı da bir-birindən seçilir. Osetin atalar sözləri
M[redaktə]
- Məhsulu şeh yox, tər verir. Rus atalar sözləri
- “Mən şeh damlamı itirdim”, - deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir... Rabindranat Taqor
S[redaktə]
- SƏN nilufər yarpağının altındakı böyük şeh damcısısan, mən onun yuxarı tərəfindəki kiçik damlayam" deyə şeh damcısı gölə dedi. Rabindranat Taqor
Ş[redaktə]
- Şair üçün mirvari dənəsi - dənizin gözyaşı, şərq xalqları üçün daşa dönmüş şeh damcısı; qadınlar üçün sədəf rəngli qiymətli bəzək daşı, kimyaçı üçün fosfor duzlarının kalium –karbonatla birləşməsi, nəhayət, naturalist üçün yumşaq mantiya toxumasının içərisində sədəfin kürəcikli axınlarından ibarət ağrılı şişdir. Jül Vern
- Şeh damcısı gölə dedi: “Sən şanagüllə yarpağının altındakı böyük şeh damcısısan, mən isə onun üstündəki kiçik damlayam”. Rabindranat Taqor
- Şeh günəşlə rəqabət apara bilməz. Zulu atalar sözləri
U[redaktə]
- Uşağın beyni haqqında düşünəndə üzərində şeh damcısının titrədiyi zərif qızılgül çiçəyi təsəvvür edilir. Elə qayğı və incəlik lazımdır ki, bir çiçək yığdıqdan sonra bir damla düşməsin. Vasili Suxomlinski
Y[redaktə]
- Yaşı qurutmaq üçün günəş, qurunu islatmaq üçün şeh. Avar atalar sözləri