Araq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Araq adamı ardan da qoyar, yardan da. Azərbaycan atalar sözləri
- Araq ağdır, amma burnu qızardır, nüfuzu qaraldır. Anton Çexov
- Araq dəryasına bahadırlar da batırlar. Rus atalar sözləri
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün. Qırğız atalar sözləri
- Araq hamıya üstün gələr - öz qabından savayı. Monqol atalar sözləri
- Araq müdrik adamı da səfeh edər. Monqol atalar sözləri
- Araq şüşəsi cəhənnəmin pasportudur. Eston atalar sözləri
- Araqla dost olanlar, illərlə düşmən olar. Tofiq Hüseynzadə
- Arağı içən özünü talayar. Monqol atalar sözləri
- Ayıq həyat tərzinə keçərkən birdən hiss edirsən ki, araq probkasının iyindən sərxoş olmusan. Mark Tven
B
[redaktə]- Bizim redaksiyada araq iyi ən təbii iydir. Bəxt üzüyü (film, 1991)
Ç
[redaktə]- Çox təəssüf! Heç on beş dəqiqə keçməmişdi, amma mənə elə gəldi ki, araq içməyin əsl vaxtıdır. Saltıkov-Şedrin
İ
[redaktə]- İtlər on fincan araq içən adamın ağzını yalayır. Kalmık atalar sözləri
S
[redaktə]- Sərxoş həmişə badəni araq çəkənlərin sağlığına qaldırır. Tofiq Hüseynzadə
- Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar. Türk atalar sözləri.
- Sərxoşa dedilər: kim səndən güclüdür? Dedi: məni arağa doyuran. Tofiq Hüseynzadə
- Sərxoşun gözü həmişə araq şüşəsində olar. Tofiq Hüseynzadə
Ş
[redaktə]- Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var. Çingiz xan