Məzmuna keç

Bəndə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?! Azərbaycan atalar sözləri/B
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
  • Bil ki, bəndə on şeydən özünü qorumalıdır: nifaqdan, nifaqdan, çaşqınlıqdan, müsibətdən, zərərdən, peşmançılıqdan, nəfs, ürək bulanmasından, özündən razılıqdan, insanların məzəmmətindən qorxmaqdan. Əbu Hamid əl-Qəzali
  • Bir Allah bəndəsi ki, vaxtını boş keçirə, bihudə şeylərə vaxt sərf edə, Allah-Təalanı anmaya, bil ki, Allah ondan üz döndərib. Əbülfəz Zun-nun Misri
  • Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?" Məhəmməd
  • Bu dünyada qadın bir çox pisliklərin mənbəyi olsa da, nəinki biz, günahkar bəndələr, eləcə də müqəddəslər onların təsiri altına düşür. Anton Çexov
  • … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
  • Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi. Stanislav Eji Lets
  • Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəmədikcə kamil iman sahibi deyildir. Məhəmməd
  • Öylə bir ixtiyar olsaydı məndə,
    Qoymazdım bəndəyə möhtac bir bəndə. Nizami Gəncəvi
  • Yer üzündə heç bir bəndə öz sirrini gizlədə bilməz. Dodaqları qapalı qalsa da, əl barmaqları danışacaq. Ziqmund Freyd

İstinadlar

[redaktə]