Bəraət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Avaranı çörəklə doyurmayın. Ona sadəcə fərziyyə verin, o, başqasına qara yaxmaq məharətindən imtina etməyəcək. O, həmişə öz vecsizliyinə bəraət qazandırmağa hazırdır. Leonardo da Vinçi
B
[redaktə]- Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin. Fyodor Dostoyevski
Ç
[redaktə]- Çıxarılan hökmə görə pul almaq cinayətdir. Bəraət üçün pul alacağın insanı ittiham etmək isə daha böyük cinayətdir. Mark Tulli Siseron
Ə
[redaktə]- Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur. Stanislav Eji Lets
H
[redaktə]- Haqsız bəraət cinayətdən ağırdır. Kürd atalar sözləri
- Hərbi sənayenin mövcudluğuna yeganə bəraət xalqın təhlükəsizliyidir. Alfred Nobel
İ
[redaktə]- İnsanlar öz ağıllarından yalnız axmaq əməllərinə bəraət qazandırmaq, dillərindən isə fikirlərini gizlətmək üçün istifadə edirlər. Volter
- İnsanlara öz sevdikləri şeyi etmək üçün səbəb lazım deyil, – onlara bəraət lazımdır. Uilyam Somerset Moem
Q
[redaktə]- Qətlə yetirilən şəxsin pozğunluğu qanun qarşısında qatilə bəraət qazandıra bilməz. Artur Konan Doyl
Ö
[redaktə]- Özüm-özümə bəraət qazandırmaq üçün mənə sənin sonsuz tənbəlliyini xatırlamaq kifayətdir. Teodor Drayzer
Ş
[redaktə]- Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır. Evripid