Məzmuna keç

Düzgünlük



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. Məhəmməd Əli
  • Doğru öyüd ağzında idi. Dodaqlarında hiylə yox idi. Mənimlə xoşbəxtlik və düzgünlük içində getdi. Bir çoxlarını da günah yolundan çevirdi. Tövrat
  • Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
  • Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir. Lev Tolstoy
  • Düzgünlük, həyat kitabının ilk bölməsidir. Tomas Cefferson
  • Düzgünlük-xoşbəxtlik mənbəyidir. Çanakya
  • Düzgünlük və məsuliyyət sahibi kimsə lider olmağa layiqdir. Siseron
  • Əxlaqi mükəmməllik insanın düzgünlük göstəricisidir. Lev Tolstoy
  • Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar! Bencamin Franklin
  • Heç bir miras düzgünlük qədər zəngin deyil. Uilyam Şekspir
  • Həqiqi düzgünlük çirkli bir istiridyə çanağında da mirvari kimi yaşayır. Fridrix Nitsşe
  • Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar. Çanakya
  • İki şey insanı Tanrıya bənzər edir: cəmiyyətin rifahı üçün həyat və düzgünlük. Pifaqor
  • İnsanlar arasında səmimiyyət, düzgünlük və namusun olmadığını görüb bu dünyadan usandım. Əcəlin həsrətindəyəm. Con Qay
  • Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xristian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqəti yalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir. Fridrix Nitsşe
  • Səhv siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz. Corc Bernard Şou
  • “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir) Fridrix Nitsşe
  • Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, imlanın düzgünlüyü olmalıdır.[1] Mirzə Fətəli Axundov
  • Şərəf və düzgünlük ədalətin təməlidir. Siseron

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310