Məzmuna keç

Eybəcər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir Çin yazıçısı demişdir ki, kişi və qadın arasında sevgi ona gətirib çıxarır ki, eybəcər bədənlər bir-birini qucaqlayır. İxara Saykaku (Xirayama Toqo)
  • Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. Əbu Turxan
  • Eybəcərlik dizimin üstündə oturandan özümdə inanılmaz bir yorğunluq hiss etdim… Salvador Dali
  • Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir. Fridrix Nitsşe
  • Faşizm kommunizmin kölgəsi və eybəcər yetişdirməsi idi. Uinston Çörçill
  • Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət edən bir adam da kinoya çəkilməyə razılıq verirsə, dünyada bundan eybəcər ikiüzlülük yoxdur. Cerom Selincer
  • İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
  • Kişiyə oxşamağa çalışan qadın arvada oxşar kişi kimi eybəcərdir. Lev Tolstoy
  • Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova
  • Qozbellərin olduğu yerdə gözəl fiqur eybəcər görünür. Onore de Balzak
  • Sərxoşluq əxlaqca pozulmanın ən eybəcər əlamətidir. Mirzə Fətəli Axundov
  • Sırtıq lovğa eybəcərdir. Amma hər hansı bir şöhrətdən, ləyaqətədən uzaq insan daha eybəcərdir. Vissarion Belinski
  • — Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur. Artur Konan Doyl
  • Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun. Anton Çexov

İstinadlar

[redaktə]