Göz yaşı
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Anton Çexov
- Aləmin gördüyü gülüşün arxasında çox vaxt heç kəsin görmədiyi göz yaşları axır. Nikolay Qoqol
B[redaktə]
- Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır. Uilyam Şekspir
Ə[redaktə]
- Ən qiymətli göz yaşları eşqin vergisidir. Alfred de Müsse
G[redaktə]
- Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. Aleksandr Puşkin
- Göz yaşı ruhumun peyvəndidir. Əli Suad
- Göz yaşının belə vəzifəsi varıymış.. Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş. Mövlana Cəlaləddin Rumi
- Göz yaşları biçmək istəyənlər sevgi əksinlər. Fridrix Şiller
- Göz yaşları iztirabın səssiz təzahürüdür. Volter
- Göz yaşları—lal nitqdir. Volter
- Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə mane olar. Özdəmir Asaf
- Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. Hind atalar sözləri
H[redaktə]
- Heç kim göz yaşlarına layiq olmaz, onlara layiq olan adam isə onsuz da səni ağlatmaz. Qabriel Qarsia Markes
- Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Çarlz Bukovski
İ[redaktə]
- İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları Əbdülfəttah Şahin
- İnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. Corc Bayron
Q[redaktə]
- Qurd göz yaşı axıdır ki, quzu yağış altda yuyulsun. Tamil atalar sözləri
S[redaktə]
- Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur. Petro Metastasio
U[redaktə]
- Uşaqlarınızın göz yaşlarını qoruyun ki,onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər. Pifaqor
- Uşağın göz yaşını silməyən onunla birgə ağlar. Afrika atalar sözləri