Məzmuna keç

Kəbin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anacan, indi ərsiz yaşamaq elə ərli yaşamaq kimidir. Kilsənin xeyir-duasına isə gülürlər. Biz bir kolluğa girib elə orada da işi bitiririk, vəssalam. Onlar bunu qeyri-dini kəbin adlandırırlar. Saltıkov-Şedrin
  • Kəbin çox kədərlər gətirir, lakin, kəbinsizlik heç bir sevinc vermir. Samuel Conson
  • Kəbin həyatında birləşmiş cütlük sanki vahid əxlaqi şəxsiyyət yaratmalıdır. İmmanuel Kant
  • Kəbin ittifaqı – insan cəmiyyətinin birinci pilləsidir. Mark Tulli Siseron
  • Kəbin mükəmməl olmayan insan üçün olduqca mükəmməl vəziyyətdir. Nikola Şamfor
  • Kəbin sevginin həqiqətidir. Vissarion Belinski
  • Kəbin yeganə müharibədir ki, həmin dövrdə siz düşmən ilə yatırsınız. Frangula de Laroşfuko
  • Qadın şərəfinin birinci şərti kişilərlə kəbinsiz bir yerdə yaşamamaqdan ibarətdir. Səbəb isə kişiləri təslim edib nikah bağlamağa məcbur etməkdir. Artur Şopenhauer
  • Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur. Plutarx
  • Sevgidən kəbin sirkənin şərabdan əmələ gəldiyi kimi yaranır. Corc Bayron
  • Sevginin dərmanı kəbindir. Antisfen
  • Subay kəbin ittifaqında malik olacağı dəyərləri təsəvvür etmir. O, qayçının yarısına oxşar olaraq mükəmməl olmayan varlıqdır. Bencamin Franklin
  • Yalnız sevginin işıqlandırdığı kəbin həqiqidir. Lev Tolstoy

İstinadlar

[redaktə]