Müraciət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • - Bədbəxtlik, - deyə mən ona müraciət etdim. -Yox, macəra, - o cavab verdi. Jül Vern
  • Bəşəriyyətin hüquqlarını tələb etmə, yoxsa kömək üçün qanuna birinci müraciət edəcəksən. Fyodor Dostoyevski
  • Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın… Əli bəy Hüseynzadə
  • Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz “Qazprom”a 187 milyon ödədik və yüz faiz hesablaşdıq

“Qazprom” 2010-cu ilin iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.[1]Aleksandr Lukaşenko

  • Bu gün işə müraciət edərkən nə düşünürsünüzsə, əmin ola bilərsiniz ki, işəgötürən bunu soruşur: Bu insan hər saat, hər gün Hindistandakı bir işçidən, robotdan və ya kompüterdən daha çox dəyər əlavə edə bilərmi? O, təkcə bu gün işi görməklə deyil, həm də sabah üçün işi yenidən kəşf etməklə mənim şirkətimə uyğunlaşmağa kömək edə bilərmi? Tomas Fridman
  • Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil

Ç[redaktə]

  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi

D[redaktə]

  • Doğrusunuzsa, əzmlisinizsə, hər çarəyə müraciət etməniz və haqqınızı axtarışınız lazımdır, iş düzələr. Vəhbi Qoç
  • Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər. Mark Tven

Ə[redaktə]

  • Əgər mən bir düşmən kimi sizə çoxlu bədbəxtlik gətirmişəmsə, o zaman sizə faydalı dost ola bilərəm (Alkividin spartalılara müraciətindən). Fukidid
  • Ən yaxşı əxlaq kitabımız olan və tez-tez müraciət etməyimiz lazım olan kitab vicdandır. Blez Paskal
  • Əslində, dövlət çərçivəsində vicdan gücsüzdür, çünki insanlar buna müraciət etsələr də, hər kəs üçün fərqlidir və hər kəsin həqiqət kimi özünə sahibdir. Georq Vilhelm Fridrix Hegel

F[redaktə]

  • Fani vəziyyətimizin qayğı və kədərinin təzyiqi altında kişilər hər zaman və bütün ölkələrdə mənəvi təsəlliləri üçün müəyyən qədər fiziki yardıma - şərab, pivə, tiryək və ya tütünə müraciət etmişlər. Edmund Berk Bork
  • Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeyidlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez müraciət edirlər. Ziqmund Freyd

H[redaktə]

  • Həddindən artıq qocalan qadın kişilərin xoşuna gəlmək üçün Allaha müraciət edir. Onore de Balzak
  • Hər bir dinləyiciyə elə gəlir ki, danışan yalnız ona müraciət edir. Həqiqi pafosun müstəsna xüsusiyyəti də elə bundadır. Teodor Drayzer
  • Hər zaman və hər ölkədə tarixi öz yolunda dayandırmaq istəyən insanlar var. Gələcəkdən qorxurlar, indiyə inamsızlıq edirlər və əslində heç vaxt mövcud olmayan rahat keçmişin təhlükəsizliyinə müraciət edirlər. Robert Kennedi

İ[redaktə]

  • İnsanı tamamilə özünə müraciət etməyə və özünə qapılmağa məcbur edən əmək bizim xilaskarımızdır. Nikolay Qoqol
  • İnsanlar müharibəyə başlayarkən, gözlənilməsi daha münasib olduğu halda, dərhal hərəkətə keçirlər və uğursuzluğa düçar olandan sonra mülahizələrə müraciət edirlər.Fukidid

K[redaktə]

  • Köhnəyə müraciət edən yeni şeylər açmaq bacarığına malikdir, müəllim olmağa layiqdir. Konfutsi

Q[redaktə]

  • Qadını zəif cins adlandırmaq böhtandır; kişinin qadına qarşı haqsızlığıdır. Əgər güc dedikdə kobud güc nəzərdə tutulursa, deməli, qadın kişidən daha az qəddardır. Əgər güc dedikdə mənəvi güc nəzərdə tutulursa, qadın kişidən ölçüyəgəlməz dərəcədə üstündür. O, daha böyük intuisiyaya malik deyilmi, daha çox fədakar deyilmi, daha böyük dözümlülük gücü, daha böyük cəsarət deyilmi? Onsuz insan ola bilməzdi. Zorakılıq bizim varlığımızın qanunudursa, gələcək qadınladır. Ürəyə qadından daha təsirli kim müraciət edə bilər? Mahatma Qandi

M[redaktə]

  • Mən həmişə dramın kraliçası olmuşam. Yadımdadır, uşaqlıqda tez -tez ölü kimi davranırdım və anamın buna inanmasını və polisə müraciət etməsini istəyirdim. Amma o heç vaxt inanmadı və mən çox üzüldüm və ağladım. Emi Li
  • Mən sizə müraciət etdim, ona görə ki, sizi intellektual insanlar hesab edirəm. Mən özüm intellektual adamam. Bizdən azdır. Açığın desək, bizdən elə az olmalıdır. Sergey Dovlatov
  • Məsələ yalnız Allahı sevməkdə deyil, həm də insanları sevməkdədir. Yanında sənin kimilərin olması ona müraciət etməyin üçün cəsarət verir. Qırılmış dostluq
  • Millətin onu əcdadlarının adət-ənənələrindən azad edən nə instinkti, nə də istehsal gücü yox idi. Zülmə qarşı hər bir müraciət irsi hüquqlara idi; İngilisin bildiyi yeganə müdafiə güçü ölkəsinin ənənəvi qanunlarında idi. Köhnə prinsiplərin bu daimi təkrarlanması və öz fəaliyyətlərini təmin etmək üçün yeni formaların tədricən ixtira edilməsi sayəsində ingilis xalqı öz azadlığını fəth etdi. Onların mühafizəkarlığının intensivliyi həm təkan, həm də irəliləyişlərinin bələdçisi idi. Lord Con Akton

N[redaktə]

  • Nə qədər mümkündürsə adla müraciət etməyə tez başlayın. Ceyms Uotson
  • Nəcib insan kömək üçün ona müraciət edənin kədərini və acılarını özününkü kimi qəbul edir. Çanakya

Ö[redaktə]

  • Özündənrazı yazıçılar müraciət etdikləri mövzulara sanki onlardan əvvəl heç kəsin toxunmadığı mövzuya baxan kimi baxırlar. Yohann Volfqanq Göte

S[redaktə]

  • Savadsız insan, müəyyən bir problemi həll etmək üçün müəyyən bir zamanda tələb olunan məlumatı tapmaq üçün hara müraciət edəcəyini bilməyən adam olacaq. Təlim görən insan zehnində olan daşınmaz biliklərə deyil, hər an ehtiyac duyduğu şeyi bilmək qabiliyyətinə əsaslanacaq. Olvin Toffler
  • Siyasətdə bir sözün deyilməsini istəyirsinizsə, kişiyə müraciət edin. Yox əgər hansısa işin görülməsini istəyirsinizsə, qadına müraciət edin. Marqaret Tetçer

İstinadlar[redaktə]