Məzmuna keç

Nəzakətli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir məqsədə nail olmaq istəyirsinizsə, nəzakətli və ağıllı olmağa çalışmayın. Kobud fəndlərdən istifadə edin. Hədəfi dərhal vurun. Geri qayıdın və yenidən vurun. Sonra çiyninizlə ağır zərbə endirin. Uinston Çörçill
  • Bu insanlara da aiddir. Özlərinə nəzarət edən, nəzakətli, həssas və xoşniyyətli insanların təbii olaraq daha çox dostları olur. Başqaları onlarla dostluqdan zövq alır, heyvanlar belə onları sevir. Belələri getdikləri hər yerdə xoş ovqat yaradırlar, insanlar onların yanlarından ayrılmaq istəmir. Dalay Lama
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Danışdıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-buna çatdırmamalı, qorxulu şayiələr yaymamalı; Nəsirəddin Tusi
  • Əgər qocalanda sevilmək istəyirsənsə, gənc ikən nəzakətli ol. Con Lili
  • Heç bir yerdə diş həkimi növbəsindəki kimi özlərini nəzakətli aparmırlar. Konstantin Melaxin
  • Həddindən artıq nəzakətli insanlar tez bir zamanda adamı təngə gətirirlər. Pyer Büast
  • Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər. Stanislav Eji Lets
  • İnqilab şam yeməyi deyil, esse yazmaq, şəkil çəkmək və ya tikmə tikmək deyil. O, bu qədər zərif, bu qədər sakit və mülayim, bu qədər mülayim, xeyirxah, nəzakətli, təmkinli və mərhəmətli ola bilməz. İnqilab üsyandır, bir sinfin digər sinfi devirdiyi zorakılıq aktıdır. Mao Tszedun
  • Mən həyatım boyu tənqidçi dostlarımın nəzakətli və dostcasına tənqidindən pərəstişkarlarım tənqidindən daha çox fayda götürmüşəm. Mahatma Qandi
  • Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim. Mark Tven
  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. Fransua de Laroşfuko
  • Nəzakətli olun, çünki tanış olduğunuz hər kəs çətin bir mübarizə aparır. İngilis atalar sözləri
  • Nəzakətli və təvazökar olmaq insanın mədəniliyini göstərir. Onore de Balzak
  • Özgəsinin tərbiyəsizliyi nümunəvi və nəzakətli insan üçün söhbətin əsas mövzusu ola bilməz. Qay Yuli Sezar
  • "Səhv" sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. "Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq," demək "Sən səhv etdin. Bütün günahlar səndədir," deməkdən qat-qat nəzakətli və faydalıdır. Larry King
  • Yaxşı evdar qadının əsas vəzifəsi budur: sakit, təvazökar, daimi, ehtiyatlı olun; Allaha sədaqətli, qeyrətli olun, qaynata və qaynınızla hörmətlə, ərinizlə məhəbbətlə və ləyaqətli davranın, kiçik uşaqlara ədaləti və qonşusunu sevməyi öyrədin; qohum və qayınana qarşısında nəzakətli olmaq, xoş sözlərə həvəslə qulaq asmaq, yalandan, hiyləgərlikdən çəkinmək; boş qalmamaq, çalışqanlıq və xərclərdə qənaətcil olmaq. II Yekaterina
  • Yüksək insanlarla görüşərkən nəzakətli təəccüb və dözməyə şübhəsiz hazır olmaq, bərabər insanlarla- qonaqpərvərlik və xidmət göstərmək istəyi, aşağı insanlarla isə zəiflik göstərmədən iltifat ifadə edilir. Saltıkov-Şedrin

İstinadlar

[redaktə]