Nazik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir. Frensis Bekon
B
[redaktə]- Buz nazik yerdən sınar. Xınalıq atalar sözləri
Ə
[redaktə]X
[redaktə]- Xoşbəxtliklə melanxoliyanı bir-birindən ayıran cizgidən daha nazik heç nə yoxdur. Virciniya Vulf
İ
[redaktə]Q
[redaktə]- Qalın nazilincə, nazik üzülər. Kürd atalar sözləri
N
[redaktə]- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
S
[redaktə]- Sivilizasiya nazik bir dəridir, ona qulluq etməyəndə tezliklə yırtılıb gedir. Peter Stamm
Ş
[redaktə]- Şəhadət barmağı nə qədər nazik olsa, yenə onunla göz silmək olar. İndoneziya atalar sözləri
Ü
[redaktə]- Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya. Mir Möhsün Nəvvab
- Üzdən nə qədər cazibədar olsalar da, arıq bədəni, ensiz arxası, nazik və uzun ayaqları olan qadınlara aludə olmayın. Belə qadınlar yataqda sizə az sevinc gətirəcək, amma çox şey tələb edəcəklər. Çünki onlar doymaz bir məxluqdur. Seçimi geniş arxası, iri ombası, orta boydan aşağı, möhkəm bədəni olan qadınlarda etmək lazımdır. Leonardo da Vinçi
Z
[redaktə]- Zəhərli ilanlar nazik də olur. yoğun da. Monqol atalar sözləri