Qabıq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl, qavrayış hissindən istifadə edərək rast gəldiyi qəribə naməlum yerləri araşdırdı. Nə görmə, nə də eşitmə orqanlarına malik idi, ancaq qavrayış hissi çox mükəmməl idi. İyirmi metrlik bir radiusda ətrafını aydın şəkildə "görə" bildi və qırx məsafədəki hər şeyi nə qədər bulanıq görsə də gördü. Amma onun "görmə qabiliyyəti" maneə yaradan obyektlərdə dayanmadı. Ağacın gövdəsinin arxasına yapışan qabığı önünü gördüyü qədər aydın görürdü. Və o, hər istiqamətdə gördüyü eyni məsafədə və eyni aydınlıqda yerə baxa bildi. Titrəmələri hiss etmə qabiliyyəti daha da irəli getməsinə imkan verdi. Frederik Braun

B[redaktə]

  • Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz. Əlif Şəfəq
  • Bir çox insanların baş beyninin qabığı palıddandır. Anna Bartkulaşvili

D[redaktə]

  • Dostluqda dost ilə bir ol, səmimi!
    Bir qabıq içində cüt ləpə kimi.[1] Əhvədi

F[redaktə]

H[redaktə]

  • Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir. Konfutsi

İ[redaktə]

  • İnanıram ki, iki qadını kimsəsiz adaya aparsalar, hər gün dəniz qabığı və quş yumurtalarından hansının zərgərlik üçün daha uyğun olduğu barədə mübahisə edər və hər ay əncir yarpaqları üçün yeni üslub icad edərdilər. Cerom Klapka Cerom

Q[redaktə]

  • Qabiliyyətsiz olduğunuz halda dəridən-qabıqdan çıxaraq qabiliyyətsiz olduğunuzu sübut etməyə ehtiyac varmı? Hər şey göz qabağındadır. Salvador Dali
  • Qabıq böcəklərinin yuvasına çevrilən ağac yıxılmalıdır. Çatlayan divar yıxılmalıdır. Nazirlər bir-biri ilə eqoizm yarışına girəndə, xalqın qayğısına qalmayanda, aşağıda olanlar yuxarıdakılardan üz döndərir, ölkə çatlayan divar kimi olur. Bütün rütbəli məmurlar xalqı xəlvətcə talayanda qabıq böcəyi kimi olurlar. Şan Yan
  • Qabığı acı - meyvəsi şirin. Alman atalar sözləri
  • Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır. Mövlana Cəlaləddin Rumi
  • Quinan ürəyi sirli bir labirintdir, aldadıcı kişinin bölünməz ağlı üçün çox böyük bir problemdir. Bir qadına həqiqətən sahib olmaq istəyirsənsə, onun kimi düşünməlisən və əvvəlcə onun ruhunu qazanmalısan. Qalanı, sizi həm ağıldan, həm də fəzilətdən məhrum edən şirin yumşaq qabıq, sadəcə əlavədir. Küləyin kölgəsi
  • Qozun qabığını qırıb içini görməyən adam qozu bütünlüklə qabıq zənn edər. Muhəmməd Qəzzali

O[redaktə]

  • Oğlanlar qızları kitab kimi zənn edərlər. Əgər üz qabığı gözlərinə dəyməzsə, içindəkiləri oxumağa zəhmət çəkməzlər. Merilin Monro
  • Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. Uilyam Şekspir

P[redaktə]

  • Poeziyanın bir heyrətamiz xüsusiyyəti var. O, sözü orijinal, bakirə təravətinə qaytarır. Bizim üçün ən silinmiş, tamamilə “deyilən” sözlər bizim üçün məcazi xüsusiyyətlərini tamamilə itirmiş, ancaq söz qabığı kimi yaşayan, şeirdə parıldamağa, cingildəməyə, şirin qoxusuna başlayır! Konstantin Paustovski

Y[redaktə]

  • Yaxşı aforizmlər, dadı incitmədən sağaldan xoş bir qabıqda acı bir dərmandır. Vilhelm Şvebel
  • Yer kürəsinin qabığı var və bu qabıq xəstəliklərə yoluxmuşdur. Bu xəstəliklərdən birinin adı “insandır”. Fridrix Nitsşe

İstinadlar[redaktə]

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.78