Məzmuna keç

Qayğısız



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Altmış ildən bəri hər Allahın ver günü ömrünə nöqtə qoymağa bircə an qalmış bu adam hələ bir dəfə də olsun ölməmişdi. Bu səbəbdən ölümün və hər cür fəlakətin gücünə inamını itirmişdi. Ölümsüz, xoşbəxt biri kimi sakitcə, qayğısız həyatını sürdürürdü. Andrey Platonov
  • Demək lazımdır ki, əgər qayğısız amerikalılar ehtiyatlı olurlarsa, o zaman yalnız ağlı başında olmayan onlardan nümunə götürmək istəməz. Jül Vern
  • Hər kəs qayğısız bir nəfəs çəkirsə, hər çəkdiyi nəfəs də xəcalət çəkməlidir. Əhvədi
  • Hökmdarın qapıçısı onun işarələrini başa düşməli, güclü və qüsursuz görünməməli, qayğısız və qeyri-ciddi olmamalıdır. Çanakya/Hökmdar
  • İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[1] Ziya Bünyadov
  • Onlar qayğısız canlılardır, Tom və Dezi, onlar bütün öz laqeydlikləri ilə və nələrlə hər şeyi və insanları sındırırlar, sonra da öz pullarının arxasında gizlənirlər, tökdüklərini isə başqalarına yığışdırtdirırlar, budur onların ittifaqı. Böyük Getsbi
  • Onun necə də qayğısız görünüşü var! Bu qadın aşiq deyil! Mayn Rid
  • Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis
  • Sizi bilmirəm, amma mən gecələr küçələrdə veyllənməyi sevirəm. Özünü çox sərbəst hiss edirsən. Əllərini yellədə bilərsən. Heç kim səni itələmir və qayğısız-qayğısız gəzə bilirsən. Mixail Zoşşenko

İstinadlar

[redaktə]