Qeyb
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
Ç
[redaktə]- Çox xırdalar bərk ayaqda qeybə çəkilir;
Böyük dərdlə vuruşana böyük deyildi. Məmməd Araz
D
[redaktə]- Dövlət idarəsindəki əsas proqramımız Cümhuriyyət Xalq Partiyası proqramıdır. Bunun əhatə etdiyi prinsiplər bizi idarəetmə və siyasətdə aydınlaşdıran təlimatlardır. Ancaq heç vaxt bu prinsipləri göydən endiyi düşünülən kitabların dogmaları ilə birlikdə saxlamamalıdırlar. Biz ilhamımızı göydən və qeybdən deyil, birbaşa həyatdan götürmüşük. Yolumuzu çəkir; yaşadığımız vətən, yaşadığımız türk milləti və min heyrət və iztirabları qeyd edən millətlər tarixinin yarpaqlarından çıxardığımız nəticələrdir.[1][2][3] — Mustafa Kamal Atatürk
H
[redaktə]- Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan. Oşo
İ
[redaktə]- İstiqlal Bəyannaməsi özünün əsas xüsusiyyətlərinə görə böyük mənəvi sənəddir. Bu, maddi deyil, mənəvi konsepsiyaların bəyanıdır. Bərabərlik, azadlıq, xalqın suverenliyi, insan hüquqları - bunlar bizim görə biləcəyimiz və toxuna biləcəyimiz elementlər deyil. Onlar ideallardır. Onların mənbəyi və kökləri dini inanclardadır. Onlar qeyb aləmə aiddirlər. Amerika xalqının bu dini inanclara inamı davam etmədikcə, Bəyannaməmizin prinsipləri məhv olacaq. Səbəbi laqeyd edib tərk etsək, nəticədən həzz almağa davam edə bilmərik. Kalvin Kulic
İstinadlar
[redaktə]- ↑ Atatürk'ün Türkiye Büyük Millet Meclisi'nin V. Dönem 3. Yasama Yılını Açış Konuşmaları
- ↑ Türkiye Büyük Millet Meclisi’nin Beşinci Dönem Üçüncü Toplanma Yılını Açarken
- ↑ KARAL (Ord. Prof.), Enver Ziya (1927–10-20). Fatih ÖZDEMİR Atatürk'ten Düşünceler (kitab) (türkcə), 192. sayfa. Ankara: ODTÜ Yayıncılık. ISBN ISBN 975-7064-12-2.