Prinsiplər

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağır əmək. Komanda işi. Sərt prinsiplər. Bunlar mənim doğulduğum yerlərdə olan dəyərlərdir. Aleks Ferqyuson

B[redaktə]

  • Bəzi söhbətlər prinsiplər, bəziləri isə həyatda tətbiq üçündür. Onlar arasındakı ziddiyyət heç kimi hiddətləndirmir və ümumi bir fikrə görə, onlar bir-biri ilə uğunlaşmamalıdır. Hətta yazıçıdan, xüsusi ilə də moralist yazıçıdan kitablarında yazdığı kimi danışmağı, danışdığı kimi isə hərəkət etməyi tələb etmirlər. Jan Jak Russo
  • Bu gün dünyanın hər bir ölkəsində xoşməramlı və həqiqi dərrakəli insanlar tapılır... Birlik, əmin-amanlıq və bərəkətin nəticəsi olan həqiqi rifah necə bərqərar ola bilər? Yalnız bir şəkildə. Hər ölkədə və hər millətdə xoşməramlı və anlayışlı kişi və qadınların birgə fəaliyyəti ilə. Sabit və sakit, tələsmədən, üç şeyi etməlidirlər: Birincisi, bir-birlərini kəşf etməli və bir-birləri ilə əlaqə saxlamalıdırlar. Beləliklə, zəiflik və faydasızlıq hissi aradan qaldırılacaqdır. Bu, Yeni Dünya Serverlər Qrupunun ilk vəzifəsi və vəzifəsidir. İkincisi, onlar bu gün bütün düzgün düşünən insanlar tərəfindən tanınan, lakin təmin olunmayan düzgün yaşamağın, xoş niyyətin və harmoniyanın əsas prinsiplərini aydınlaşdırmalı və aydınlaşdırmalıdırlar. Bu prinsiplər ən sadə formada tərtib edilməli və praktiki fəaliyyətə keçməlidir. Üçüncüsü, geniş ictimaiyyət bu prinsiplər üzrə maarifləndirilməlidir. Onlara davamlı, müntəzəm və sistemli şəkildə qardaşlıq, bütün insanların xoş niyyətinə və sevgisinə əsaslanan beynəlmiləlçilik, dini birlik və qarşılıqlı əməkdaşlıq prinsipləri öyrədilməlidir. Hər bir millətdə və qrupda olan fərdə öz mühüm rolunu xoş niyyət və anlayışla oynamağı öyrətmək lazımdır; qrup digər qruplar qarşısında öz məsuliyyətini daşımalıdır; millətin millət qarşısında, bütün millətlərin isə millətlər dünyası qarşısındakı məsuliyyəti izah edilməli və vurğulanmalıdır. Alisa Beyli
  • Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır.
  • Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar.. Heydər Əliyev/Təhsil
  • Bütün insanlar, həm də bütün heyvanlar eyni irqdəndirlər, çünki onların bədən quruluşunun prinsipləri təbiətcə eynidir (belə danışarkən mən bitkilərin əmələ gəldiyi ilk elementləri nəzərdə tutmuram, amma düşünürəm ki, dəriyə, ətlərə, heyvanlara xas olan bu cür əhval-ruhiyyəyə) və daha çox ona görə ki, onlar ruhi iştaha, qəzəb hərəkətlərinə, mühakimə və hər şeydən əvvəl hisslərə münasibətdə təbiətcə fərqlənmirlər. Buna görə də, hər cəhətdən heyvanların irqi bizimlə qohumdur və bizimlə eynidir; çünki yaşayış vasitələri hamının nəfəs aldıqları hava ilə eynidir, Evripidə görə və bütün heyvanlarda qırmızı qan axır və hamısı bir ata kimi səmanın, ana kimi yerin ortaq olduğunu göstərir. Teofrast

Ç[redaktə]

  • Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmuusu olaraq xalqın ruhu yaranır.[1] Şarl Lui Monteskyö

D[redaktə]

  • Demokratiya dövründə əxlaqi prinsipləri nəzərə almadan dövləti idarə etmək, demək olar ki, qeyri-mümkündür. Marqaret Tetçer
  • Dövlət idarəsindəki əsas proqramımız Cümhuriyyət Xalq Partiyası proqramıdır. Bunun əhatə etdiyi prinsiplər bizi idarəetmə və siyasətdə aydınlaşdıran təlimatlardır. Ancaq heç vaxt bu prinsipləri göydən endiyi düşünülən kitabların dogmaları ilə birlikdə saxlamamalıdırlar. Biz ilhamımızı göydən və qeybdən deyil, birbaşa həyatdan götürmüşük. Yolumuzu çəkir; yaşadığımız vətən, yaşadığımız türk milləti və min heyrət və iztirabları qeyd edən millətlər tarixinin yarpaqlarından çıxardığımız nəticələrdir.[2][3][4]Mustafa Kamal Atatürk

Ə[redaktə]

  • Əgər bir nəfər "mənim üçün pul mühüm deyil, prinsiplər mühümdür" deyirsə, bilin ki, onun üçün mühüm olan puldur.[5] Kin Hubbard
  • Əsas dini ənənə ilə etik prinsiplər arasında və ya dəlil ilə həqiqət arasında (etik prinsiplərə uyğun) bir ziddiyyət yarananda, bu cür işlərə etik prinsiplərdən yanaşmaq lazımdır. Çanakya

H[redaktə]

  • Hər bir elmin kainatın tənzimləndiyi və idarə olunduğu prinsiplər kimi sabit və dəyişməz prinsiplər sistemi vardır. İnsan prinsiplər yarada bilməz, yalnız onları kəşf edə bilər. Pen Tomas
  • Hər bir sözü və əməli onların təbiətinə uyğun mühakimə et. Başqa insanların təhqirinə, sözlərinə təəccüblənmə. Çünki, başqa insanların da öz prinsipləri var. Mark Avreli
  • Hətta həyatdan da vacib prinsiplər var. Bəzi ideyalar uğrunda ölməyə dəyər. Əbədiyyət üzərində körpü.

K[redaktə]

  • Kommersiyanın tamahkar ruhu üçün nə vətən, nə hisslər, nə də prinsiplər var. Tomas Cefferson

M[redaktə]

  • Maddi maraq və qəsbkarlıq naminə yox, yalnız ideyalar, ali və böyük prinsiplər uğrunda aparılan müharibə faydalı ola bilər. Fyodor Dostoyevski
  • Məqsədlər saat üçündür, prinsiplər isə əsrlər üçündür. Henri Uord Biçer
  • Mənim məqsədim əvvəlcə düzgün prinsipləri kəşf etmək, sonra isə onların praktik inkişafını təklif etmək olub. Ceyms Preskott Coul

N[redaktə]

  • Nazirin ən vacib prinsipləri hökmdarın əmrlərini yerinə yetirməkdə canfəşanlıq, çıxışların şirinliyi və qərar qəbul etməkdə möhkəmlikdir. Çanakya

Ö[redaktə]

  • Öz prinsipləri uğrunda mübarizə aparmaq həmişə onlara uyğun yaşamaqdan daha asandır. Alfred Adler

P[redaktə]

  • "Prinsipcə, mən razıyam" ifadəsi o deməkdir ki, siz buna yol vermək niyyətində deyilsiniz. Otto fon Bismark

S[redaktə]

  • Siyasət böyük prinsiplər elan edir, amma yalnız güclünün hüququnu tanıyır. Pyer Büast
  • Siyasətlər çoxdur, Prinsiplər azdır, Siyasətlər dəyişəcək, Prinsiplər heç vaxt dəyişməz. Con Maksvell

T[redaktə]

  • Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. Əbu Turxan
  • Tolerantlıq cinayətin təkrarlanmaması üçün çox vacibdir. O, əsrin ruhu, mədəniyyətin kiçicik irsindən bir sərvətdir. Sağlam düşüncəli hər bir kəs araşdırmadan, müqayisə aparmadan, prinsipləri ilə ziddiyyət təşkil edən və mübahisə doğuran məsələlərin bütün təfərrüatlarını dərk etmədən qərar qəbul etmir. Əgər uzun araşdırmalardan sonra o, əminliyə nail olarsa, onun inancı başqalarınkına saymazyana yanaşmağa imkan verməyəcəkdir. Əmin ər-Reyhani

U[redaktə]

  • Uğur dedikdə, əlbəttə ki, zəngin, məşhur və ya qüdrətli ola biləcəyinizi nəzərdə tutmuram, çünki bu, zərurətdən uğuru ifadə etmir. Həqiqətən də, nadir hallarda belə şəxslər şəxsiyyətlər kimi acınacaqlı uğursuzluğu təmsil edirlər. Uğur dedikdə, yetkin və konstruktiv şəxsiyyətin inkişafını nəzərdə tuturam. Konstruktiv düşüncə prinsipinin tətbiqi ilə siz layiqli məqsədlərinizə çata bilərsiniz. Yaradıcılıq prinsipləri ilə yaşamağın təbii nəticəsi yaradıcı nəticələrdir. İnanmaq və yaratmaq uğurlu yaşamağın əsas faktıdır. Norman Vinsent Pil

İstinadlar[redaktə]

  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.196
  2. Atatürk'ün Türkiye Büyük Millet Meclisi'nin V. Dönem 3. Yasama Yılını Açış Konuşmaları
  3. Türkiye Büyük Millet Meclisi’nin Beşinci Dönem Üçüncü Toplanma Yılını Açarken
  4. KARAL (Ord. Prof.), Enver Ziya (1927-10-20). Fatih ÖZDEMİR Atatürk'ten Düşünceler (kitab) (türkcə), 192. sayfa. Ankara: ODTÜ Yayıncılık. ISBN ISBN 975-7064-12-2.
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.484