Quru
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axı yer yaranandan dəniz sakitləşə bilmir, o vaxtdan dəniz quruya, quru dənizə qarşı döyüşür. İnsan isə bəzən onların arasında — quru ilə dəniz, dənizlə quru arasında çox çətin anlar yaşayır. Yerə daha çox bağlı olduğu üçün dəniz onu sevmir. Çingiz Aytmatov
D
[redaktə]- Dağa ki, od düşdü — yaş da yanacaq, quru da. Kürd atalar sözləri
E
[redaktə]- Elə quru olma ki, səni sındırsınlar, elə də yaş olma ki, sıxsınlar. Kürd atalar sözləri
Ə
[redaktə]- Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
- Əti dadan it, artıq quru çörəyə dönməz. Əhməd Haşim
F
[redaktə]- Fevral soyuq və quru olduqda, avqust isti olacaq.Polşa atalar sözləri
H
[redaktə]- Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur… Əli bəy Hüseynzadə
İ
[redaktə]- İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü… Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. Barış Manço
Q
[redaktə]- Qardaşsız qardaş qanadsız şahin kimidir, qardaşsız bacı — quru budaq kimi. Çeçen-inquş atalar sözləri
- Quru ağacın meyvəsi olmaz, boş sözün — xeyri. Monqol atalar sözləri
- Quru duanı burax, ağac istəyən toxum əkər. Mövlana Cəlaləddin Rumi
- Quru qaşıq ağız yırtar. Tatar atalar sözləri
- Quru qaşıq da, quru söz də ağıza yaraşmaz. Mahmud Kaşğari
- Quru sözdən plov olmaz, yağla düyüsü olmasa. Türkmən atalar sözləri
- Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər? Nə düşünürlər? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur. Çarlz Bukovski
M
[redaktə]- Meşəyə od düşəndə quru da yanar, yaş da. Azərbaycan atalar sözləri/M
Ö
[redaktə]- Öz quru çörəyim özgənin plovundan yaxşıdır. Azərbaycan atalar sözləri/Ö
Y
[redaktə]- Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur… Əli bəy Hüseynzadə
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.