Məzmuna keç

Tacir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar. Azərbaycan atalar sözləri/B
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
  • Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir). Malayal atalar sözləri
  • Hökmdarına qulluq etmək, bərabər insanlar arasındakı sevgi, tacirlərin işləri və evdə yaxşı bir həyat yoldaşı-bütün bunların hamısı fəzilətlərdir. Çanakya/Hökmdar
  • Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir. Con Cavel
  • Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər. Aleksandr Düma (oğul)
  • Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır. Fridrix Nitsşe
  • Tacir tacirin düşmənidir. Yapon atalar sözləri
  • Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. Marko Polo

İstinadlar

[redaktə]