Yaşıl

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur. Azərbaycan atalar sözləri/B
Ç[redaktə]
- Çəyirtkə! Bu həşəratı yadına salmaq istəmirsən, amma xeyri yoxdur. Bu yaşıl həşəratın tullanması,sıçraması məni dəhşətə gətirir, dəli edir və mən dərin sarsıntı hissi keçirirəm. Mənim otuz yeddi yaşım var, amma bu həşəratın mənə aşıladığı qorxu hissi heç azalmaq bilmir ki, bilmir. Salvador Dali
Ə[redaktə]
- Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
F[redaktə]
- Fələstində iki dəniz var. Biri təzədir, içində balıq var. Yaşıl sıçrayışlar onun sahillərini bəzəyir. Ağaclar onun şəfalı sularından qurtumlamaq üçün budaqlarını açır və susuz köklərini uzadırlar... Qalileya (Aralıq) dənizi İordan çayını qəbul edir, amma saxlamır. Ona axan hər damcı üçün başqa bir damcı çıxır. Vermək və almaq bərabər şəkildə davam edir. O biri dəniz daha hiyləgərdir, gəlirini qısqanclıqla yığır. O, heç bir səxavətli impulsla sınanmayacaq. Aldığı hər damlanı saxlayır. Qalileya (Aralıq) dənizi verir və yaşayır. O biri dəniz heç nə vermir. Adı Ölüdür. Dünyada da iki cür insan var, Fələstindəki iki dəniz kimi. Brus Barton
G[redaktə]
- Getsbi yaşıl işığa inanırdı, hər il təxirə salınan gözəl gələcək işığına. Qoy o bizdən qaçmış olsun, nə olsun — sabah biz dahada sürətlə qaçacağıq, daha da uzaqlara əllərimizi uzadacağıq... Və gözəl bir gündə... Bax beləcə biz irəli üzməyə çalışırıq, qayıq axınla mübarzə aparan kimi, amma o hey bizi sürükləyib geriyə keçmişə aparır. Böyük Getsbi
- Göy yağışa və qara hamilədir. Get, yaşıl olan yaşıllıqda yaşıllıqda rəqs et. Mən də səninlə gedəcəm. Federiko Qarsia Lorka
İ[redaktə]
- İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi. Ömər Xəyyam
- İnsan qəlbi böyük yaşıl ağacdır və onun budaqlarında çoxlu qəribə quşlar gəlib nəğmə oxuyur; bir neçəsi yuva qurur, lakin əksəriyyəti şimaldan və cənubdan uzaq ölkələrdəndir və bir daha gəlmir. Frank Kreyn
Q[redaktə]
- Qarşı tərəfdə ot həmişə daha yaşıl olur. İtalyan atalar sözləri
- Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır. Rabindranat Taqor
- Golfun ətraf mühitlə qeyri-müəyyən əlaqəsi var. Bir tərəfdən, bu, açıq yerlərin böyük bir qoruyucusudur. Golf dünyanı asfaltlamağa qoymur - o, dünyanı yaşıllaşdırmağa kömək edir. Amma mənfi cəhəti odur ki, çoxlu gübrə, pestisid və su istifadə edir. Tomas Fridman
- Qonşunun otu həmişə yaşıl olur. İndoneziya atalar sözləri
O[redaktə]
- O, yaşıl seliklə örtülmüş dimdik quyu divarını gördü. Onun üzərində tər kimi nəm damcıları var idi. O isə dibdə idi. Yuxarıdan çəpinə günəş işığı düşürdü, ətraf isə qaranlıq idi. Sonra o gördü ki, yaşıl divar hansısa canlılarla qaynayır. Onlar divarın sürüşkən səthindən bir-birinin ardıyca sallanmışdılar. Qaranlıqda bitən zəif bitkilər kimi ağ-boz rəngli balaca, cılız və zəif məxluqlar təlaşla yuxarıya can atır, sürüşür, yıxılır, amma cəhdlərindən əl çəkmirdilər. Az bir qismi, lap az bir qismi quyunun günəş tərəfindən işıqlandırılmış hissəsinə çatmağa nail olurdu. Ora quru idi və onlar artıq sürüşməkdən qorxmadan daha sürətlə dırmaşırdılar. Onlardan biri qansız pəncəsini qaldırdı, quyunun kənarından yapışdı və qalxaraq günəşin şəfəq saçdığı sahilə nəzər saldı. Birincinin ardıyca ikinci də yapışdı. Amma elə bu vaxt nəhəng bir əl onları aşağıya, lap dibə çəkdi. Quyunun qapağı çırpıldı, yenidən sonsuz qaranlıq ətrafı bürüdü və yalnız boğuq su şappıltıları eşidilməyə başladı. Qırılmış dostluq
- Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır. Adolf Hitler
T[redaktə]
- Təpənin o biri tərəfindəki ot həmişə yaşıl olur. Niderland atalar sözləri
Y[redaktə]
- "Yaşıl" sözü yox olanda yaşıl inqilabın qalib gəldiyini biləcəksiniz. Tomas Fridman
- Yaşıllığa sahib olan, bu sənayeyə hakim olan ölkə ən çox enerji təhlükəsizliyinə, milli təhlükəsizliyə, iqtisadi təhlükəsizliyə, rəqabətqabiliyyətli şirkətlərə, sağlam əhaliyə və ən əsası qlobal hörmətə malik olacaq. Tomas Fridman