Çıraq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür![1] İsa
- Bir çıraq işığına yüz nəfər oturur. Azərbaycan atalar sözləri/B
- Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər. Azərbaycan atalar sözləri/B
Ç
[redaktə]- Çıraq - dibinə işıq salmaz. Assuri atalar sözləri
- Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq. Malayal atalar sözləri
- Çırağın ki, ilahdən a yana,
Ehtiyacın nədi a yağa, yağa. Aşıq Ələsgər
H
[redaktə]- Haqdan yanan çıraq bad ilə sönməz. Aşıq Ələsgər
- Heç kəsin çırağı axıracan yanmayıb... Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz. Əhvədi
İ
[redaktə]- İşıq üçün alova təşəkkür et, amma kölgədə qalan çırağı unutma. Rabindranat Taqor
K
[redaktə]- Kasıb çıraq yandırar, dövlətlinin pulun sayar. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. Azərbaycan atalar sözləri
- Qəlb şüşə çırağa oxşayır, bilik alov saçan işıqdır, Allahın müdrikliyi- yağdır. Əgər çıraq yanırsa, sən sağsan, sönübsə ölüsən.[2]İbn Sina
S
[redaktə]- Sitəmkarın çırağı sübhə kimi yanmaz. Fars atalar sözləri