Özgə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çörəyi torpaqdan al, özgəsinin ağzından yox. Fin atalar sözləri
K
[redaktə]- Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. Jan de Labrüyer
Ö
[redaktə]- Öz ağlınla dolan, özgə ağlına güvənmə. Osetin atalar sözləri
- Öz anasını sevməyən, özgə anasını sevməz. Azərbaycan atalar sözləri/Ö
- Öz evimin nökəriyəm, özgə evinin-ağası. Azərbaycan atalar sözləri/Ö
- Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır. Azərbaycan atalar sözləri/Ö
- Öz quru çörəyim özgənin plovundan yaxşıdır. Azərbaycan atalar sözləri/Ö
- Özgə adam heç vaxt özününkü olmaz. Benqal atalar sözləri
- Özgə ağlına ümid bağlayan çox uzağa gedə bilməz. Rəsul Həmzətov
- Özgə atına minən tez düşər. Azərbaycan atalar sözləri/Ö
- Özgə aulda paltarına baxıb qarşılayırlar, öz aulunda işinə. Osetin atalar sözləri
- Özgə buzovunu güdənin çatısı əlində qalar. Azərbaycan atalar sözləri/Ö
- Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar. Azərbaycan atalar sözləri/Ö
- Özgə qızılını qulağında gəzdirmə — dartıb alarlar. Benqal atalar sözləri
- Özgə ovlayan quşu aslan yeməz. Lak atalar sözləri
- Özgə ölüsü adama yatmış görünər. Abxaz atalar sözləri
- Özgənin dərdi tez unudular. Alman atalar sözləri
- Özgənin sözünü özgəyə deməyə nə var? Azərbaycan atalar sözləri/Ö
- Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı — öz hünərindir. Alman atalar sözləri
- Özgəsinə göz qoyan özünkünü itirər. Azərbaycan atalar sözləri/Ö
- Özgəsiylə az danış, özünlə — çox. Alman atalar sözləri
- Özgəyə it hürər, bizə Mazandaran çaqqalı. Azərbaycan atalar sözləri/Ö
- Özgəyə quyu qazan özü düşər. Azərbaycan atalar sözləri/Ö
- Özümünki saymasa, özgə heç saymaz. Lak atalar sözləri
- Özün öz sirrini saxlaya bilmirsənsə, ğzgəsinin danışmağından gileylənmə. Alman atalar sözləri
- Özünə xeyir verən, özgəyə də xeyir verər. Lak atalar sözləri
Y
[redaktə]- Yeməyə görə özgə iti də adama öyrəşir. Əfqan atalar sözləri
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı,2015