Məzmuna keç

İstirahət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beyin fikirləşəndə dil istirahət edər. Rus atalar sözləri
  • Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
  • Boş vaxt anlayışı artıq mövcud deyil. Hər anın dəyərini dollarla göstərərək, bunu planlaşdırmalısan. İstirahətin və əlçatmaz restoranlara getməyin dəyərini bilmək üçün daim təzyiq altındasınız. Amu Tan
  • Böyük istirahət zülmət dənizinə girib bir daha işığa qovuşmamaqdır. Əhməd Haşim
  • Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin. - Fyodor Uqlov
  • Hər bir fəaliyyət dövrü istirahət dövrü ilə izlənməlidir. Mao Tszedun
  • Həyat məktəbində istirahət günləri yoxdur. Jorje Amadu
  • Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz... İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar. Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək. Mustafa Kamal Atatürk
  • Yaşamaq üçün həyatım olsaydı, daha çox səhv etməyə çalışardım. İstirahət edərdim. Bu səfərimdən daha axmaq olardım. Mən ciddi qəbul edəcəyim çox az şey bilirəm. Mən daha az gigiyenik olardım. Daha çox yerə gedərdim. Daha çox dağlara qalxardım, daha çox çaylarda üzərdim. Daha çox dondurma və daha az ispanaq yeyərdim. Daha çox aktual çətinliklərim və daha az xəyali çətinliklərim olardı. Don Herold
  • Zarafat gərginliyi zəiflətməkdir. Çünki, zarafat istirahət etməkdir. Aristotel

İstinadlar

[redaktə]