Şəhər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı yaşayış yeri kəndlərin və harmoniyada işləyən şəhərin inteqrasiya olunmuş ərazisidir və kənd və şəhər fərqinin incə xəttə qədər azaldığı yerdir. Abdul Kalam
- Ayını, meymunu və farsı şəhərə buraxsan, xaraba qalacaq. Talış atalar sözləri
B
[redaktə]- Bez alırsan - Mosuldan, qız alırsan - əsildən. (Mosul - şəhər adıdır). Türk atalar sözləri
- Bilinmədik bir hüzn var içimdə, bir qəribəlik. Anladım ki, ya mən artığam bu şəhərdə, ya da biri əskik. Can Yücəl
- Bir şəhəri əhatə etdiyin və rəhbərliyi keçirdiyin zaman xalqa əvvəlkindən daha yaxşı davran. Sədi
- Bu şəhər çox gözəldir, lakin dadını çıxartmağa vaxtım yoxdur. Mənim işim yer altındadır. Hitmən
- Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır. Lorens Darrell
D
[redaktə]- Deməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi. Marqaret Tetçer
E
[redaktə]- Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər. Şəms Təbrizi
H
[redaktə]- Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan
- Hər şəhərin nömrə kodunu əzbərdən bilib, xüsusi günləri unuda bilən zəkaya sahib insana Türk kişisi deyilirmiş. Can Dündar
Q
[redaktə]- Qoynunda yaşadığın şəhər sənə ən layiq olan şəhərdir. Şəhərlərin xeyirlisi güzəranını keçirə bildiyin yerdir. Əli
Ş
[redaktə]- Şəhər xəbərini bilmək istəyirsənsə, əyalətə get. Koreya atalar sözləri
- Şəhəri şəhər edən insanlardır, memarlıq deyil. Bəhram Bağırzadə
T
[redaktə]- Tək nəfərlikmiydi ki bu şəhər, sən gedəndə bomboş qaldı. Özdəmir Asaf
Y
[redaktə]- Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
- Yalnız yağış yağanda sevirəm bu şəhərin insanlarını; Hər kəsin üzü yaş, başları aşağı, hər kəs mənim həmişə olduğum kimi. Ceyhun Yılmaz