Məzmuna keç

Şad



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
  1. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
  2. Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
  3. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
  4. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
  5. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
  6. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
  7. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
  8. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
  9. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
  • Dostunun qəlbini qırsan, düşmənini şad edərsən. Sədi
  • Həmişə kiməsə “sizinlə tanış olduğuma şadam” desəm də, əslində buna şad-zad olmuram. Amma çarə nədir, bu insan deyilən məxluqla bir yerdə yaşamaq istəyirsənsə, gərək belə deyəsən. Cerom Selincer
  • Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar. Nəsirəddin Tusi
  • Mərd igidin qaydasıdır dünyanı var istəmək,
    Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir
  • Sizi şad edəcək üzlər görmək istəyirsinizsə, bacardığınız hər kəsə yaxşılıq edin. Alessandro Mandzoni