Əsir
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı öz qarnının əsiri olmaz. Ərəb atalar sözləri
- "Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!" Məmməd Əmin Rəsulzadə
B
[redaktə]- Bir şəxsi işlətmək üçün əsir tutduqda, haqqını ona əvvəlcədən elan edin. Məhəmməd peyğəmbər
C
[redaktə]- Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir. Oşo (Çandra Mohan Racniş)
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əsl əhəmiyyətli olan və məmləkəti təməlindən yıxan, xalqını əsir edən, içəridəki cəbhənin susqunluğudur. Mustafa Kamal Atatürk
- Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir. Hüseyn Cavid
İ
[redaktə]- İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur. Reşat Nuri Güntekin
- İradənə hakim, lakin vicdanına əsir ol. Aristotel
- İran Tehranda onlarla amerikalını girov götürdü, Beyrutda yüzlərlə amerikalı əsgəri, dəniz piyadasını qətlə yetirdi və İraq və Əfqanıstanda minlərlə amerikalı hərbçi və qadının öldürülməsinə və şikəst olmasına görə məsuliyyət daşıdı. İran Yaxın Şərqdən kənarda qlobal terror şəbəkəsi vasitəsilə Amerikaya və onun müttəfiqlərinə hücum edir. Yəhudi icma mərkəzini və Buenos-Ayresdəki İsrail səfirliyini partladıb. Bu, Əl-Qaidənin Afrikadakı ABŞ səfirliklərini bombalamasına kömək etdi. O, hətta burada, Vaşinqtonda, Səudiyyə Ərəbistanı səfirinə sui-qəsd etməyə cəhd etdi. Yaxın Şərqdə İran indi dörd ərəb paytaxtında, Bağdad, Dəməşq, Beyrut və Sənada hökmranlıq edir. İranın təcavüzü nəzarətsiz qalsa, şübhəsiz ki, daha çox şey gələcək. Deməli, çoxlarının İranın millətlər cəmiyyətinə qoşulacağına ümid etdiyi bir vaxtda İran xalqları udmaqla məşğuldur. İranı dayandırmaq üçün hamımız birlikdə olmalıyıq. Benyamin Netanyahu
K
[redaktə]- Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. Erix Fromm
M
[redaktə]- Məftun olanların ürəyini şirin dillə əsir etmək olar. Qətran Təbrizi
- Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ. Nazim Hikmət
N
[redaktə]- Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar — baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
Ö
[redaktə]- Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. Pifaqor
S
[redaktə]- Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. Səssizlik ağacında dinclik meyvələri yetişər. Artur Şopenhauer
T
[redaktə]- Tənbəllik bir insanı əsir edər. Əbülqasım Firdovsi
- Təsəvvür edin ki, oğlunuz sizin qəyyumunuza çevrilir, bir qadın kimi imkanlarımdan asılı olmayaraq, mən yenə də başqasının əsiriyəm. Mənim üçün azadlıq ləyaqətlə yaşamaqdır və əgər mənim ləyaqətimi və azadlığımı kişi idarə edirsə, mən heç vaxt azad olmayacağam.[1] Mənal əl-Şərif
Z
[redaktə]- Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir. Aristofan