Acgöz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acgöz adam açıq gözdən kiprik qоpardır. Azərbaycan atalar sözləri/A
- Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır. Yusif Balasaqunlu
- Açgöz adam qəzəbli olur, acgöz adamdan əxlaqsız hərəkətlər baş verir, acgözlük insanın gözünün işığını azaldır, axırda kor eləyir. Hind atalar sözləri
- Acgöz insanı ancaq torpaq doydurar. Lak atalar sözləri
- Acgöz şaman iki qurban yerinə tələsər və ikisinə də gecikər. Monqol atalar sözləri
- Acgöz və hiyləgər insanları aldatmaq çox asandır. Çanakya
- Acgöz, yalançı toruna düşər. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram. Qorxuram, acgöz oluram. Güclü oluram. Uilyam Qoldinq
E
[redaktə]- Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər. Vilson - İngilis səyahətçi
X
[redaktə]- Xəsis acgöz olar. Azərbaycan atalar sözləri/X
- Xəsis acgöz olar, kinli inadkar. Monqol atalar sözləri
M
[redaktə]- Müntəzəm olaraq yaranan və yenilənən acgöz arzularımız gələcəyin və ümidin bizim üçün ən böyük rifah olacağını təmin edir. Pyer Büast
N
[redaktə]- Nəfsi acgöz olanın çantası böyük olar. Buduq atalar sözləri
P
[redaktə]- Pul insanı heç vaxt xoşbəxt etməyib və etməyəcək də. İnsan nə qədər çox qazanırsa, bir o qədər acgöz olur. Bencamin Franklin
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015