Aciz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aciz eşşəyə hər kəs minər. Ləzgi atalar sözləri
  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
  • Aciz qalanda qəzəb çox güclü olar. Xindi atalar sözləri
  • Aciz tülkü acından ölər. Qırğız atalar sözləri
  • Acizi tutmaqdan əl götürdü şir,
    Şirlər aciz ovu etməzlər əsir. Xosrov və Şirin (Nizami)
  • Acizin dili uzun olar. Abxaz atalar sözləri
  • Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. Aqata Kristi

B[redaktə]

  • Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük. Marqaret Etvud

Ç[redaktə]

  • Çarəsiz dərdə Loğman da acizdir. Azərbaycan atalar sözləri/Ç
  • Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır. Reşat Nuri Güntekin
  • Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison

D[redaktə]

E[redaktə]

  • Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan. Mövlana Cəlaləddin Rumi

Ə[redaktə]

  • Ən aciz şəxs insanlar arasında dostu olmayandır; onlardan daha acizi isə dostu olub onu itirənlərdir. Əli
  • Əzabların qarşısında ən aciz hala sevdiyimiz vaxt düşürük. Ziqmund Freyd

G[redaktə]

  • Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. Blez Paskal

H[redaktə]

  • Hətta düşmən də sənin xeyirxahlığının önündə acizdir. Jan Jak Russo

İ[redaktə]

  • İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın."[1] Həsən əl-Əskəri
  • İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd

Q[redaktə]

  • Qeybət etmək aciz insanların işidir. Əli

M[redaktə]

  • Mümkün qeyri-mümkündən soruşar: «Sən harada yaşayırsan?» O cavab verər:«Acizin yuxularında». Rabindranat Taqor
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi

Ö[redaktə]

İstinadlar[redaktə]

  1. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 24