Məzmuna keç

Cəm



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atdığın böhtan, ləkələdiyin insanlar, dil uzatdığın kişi, qadın, mənəvi zərbəni fikirləşmədən yazdıqların cəm olub, tufan olub, bəla olub üstünə gələcək. Füyuzat jurnalı
  • Bir gün xəstələndiyi üçün Putneyə baş çəkmək üçün 1729 nömrəli taksiyə yaxınlaşdım. Bu nömrənin mənə çox darıxdırıcı göründüyünü və pis bir işarə sayılmayacağına ümid etdiyimi bildirdim. - Yox! deyə cavab verdi. - Bu çox maraqlı rəqəmdir, iki kubun cəmi olaraq iki fərqli şəkildə ifadə edilə bilən ən kiçik rəqəmdir. Godfrey Hardi
  • Biz qocalıq barədə o qədər az bilirik ki, bu məlumatı cəmi bir neçə sətirə yerləşdirə bilərdik. İlya Meçnikov
  • Bizim sabiq “cəmiyyəti xeyriyyə” bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
  • Böhtan cəmi yetmiş beş gün bəs eləyər. Yapon atalar sözləri
  • Cəmi dörd mövzu mənim adımla bağlıdır: dövri qanun, qazların elastikliyi, məhlulların assosiasiya kimi başa düşülməsi və “Kimyanın əsasları”. Bu mənim sərvətimdir. Onu heç kimdən almamışam, özüm yaratmışam. Dmitri Mendeleyev
  • Dərin musiqi bilicisi təəssüatı yaratmaq istəməzdim, ancaq hər halda mən güman olunandan daha yaxşı musiqi bilicisiyəm. Bilirsinizmi, insanlar danışırlar ki, mən cəmi 3 akkordla işləyirəm, əslində isə mən 5 akkord bilirəm. Leonard Koen
  • Dünya tarixi qarşısını almaq mümkün olanların cəmidir. Bertran Rassel
  • Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum. Stanislav Eji Lets
  • Əgər rusların cəmi bir kəndi qalsa belə, Rusiya yenidən dirçələcək. Nikolay Qoqol
  • Əgər sevgini nəzərə almasaq, bizə ən çox sevinc gətirən və təsəlli verən səyahətdir. Bütün yeni şeylər bizə çox vacib görünür və biz kədərli fikirlərdən uzaqlaşırıq. Cəmi "mən gedirəm" kimi iki kəlmənin arxasında bütöv bir dünya gizlənir... Teodor Drayzer
  • Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar". [1]Həsən bəy Rumlu
  • Əldə cəmi beş barmaq var, hətta onlar da bərabər deyil. Gürcü atalar sözləri
  • Haqq ilə nahaqqın arası cəmi dörd barmaqdır. Fars atalar sözləri
  • Həyatda ölüm və vergi var. Lakin vergi daha qorxuludur. Çünki ölüm cəmi 1 dəfə, vergi isə hər il baş verir. Terri Pratçett
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • İnsan sahib olduqlarının cəmi deyil, lakin hələ reallaşdıra bilmədiklərinin cəmidir. Jan Pol Sartr
  • İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.

İnsanın kimdənsə tam razı qalması necə də çətindir. Jan de Labrüyer

  • İslamdan başqa dinin mövcud olması yanlışlıqdır. Cəmi bir din var - İslam və onun peyğəmbəri Məhəmməddir. İslama tapınmayan hər kəs uğursuz adamdır. Muəmmər Qəddafi
  • Qəlb bütün insani dəyərləri özündə cəm etmişdir. Lakin bütün pisliklər də ordadır. Şervud Anderson
  • Mən Millerə sual verdim: bu kimi biliyin yayılmasının təsiri nə olacaq? Hər hansı bir mif yaradıcısının təsəvvüründən daha qeyri-mümkün və daha gözəl bir dünya haqqında bilik. Cəmi bir neçə il əvvəl, bir neçə insandan başqa hamının tamamilə tanımadığı bir dünya. Onun ümumi kəşfinin hamı tərəfindən hansı təsirləri var? Miller güldü. “Bu, insanların istədiyi qədər çox və ya az təsir göstərəcək. Seks və pul haqqında düşünməyə üstünlük verənlər seks və pul haqqında düşünməyə davam edəcəklər. Filmlər nə qədər yüksək səslə Allahın izzətini bəyan edir. Əlverişli şərtlərə cavabın qaçılmaz və avtomatik olaraq yaxşı olması barədə zəkalı anlayışın davamlılığı. Xammal, bir daha işlənmək lazımdır. İnsan avtomatik tərəqqiyə inanmağa davam edir, çünki insan bu axmaqlığı əzizləmək istəyir: bu çox təsəllivericidir. Təsəlli vermək, çünki etdiyiniz və ya edə bilmədiyiniz hər şey üçün bütün məsuliyyəti özünüzdən başqa kiməsə və ya nəyəsə qoyur. Oldos Haksli
  • Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!
  • Yer üzündə cəmi bir xristian olub, onu da tez-tələsik tutub çarmıxa çəkdilər. Mark Tven

İstinadlar

[redaktə]
  1. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.