Cib
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. Oskar Uayld
D
[redaktə]- Dünya, içinə cib bıçaqları sancılmış bir çəlləkdir. Onore de Balzak
Ə
[redaktə]- Əgər cibin boşsa, yaxın dostun da uzaq olacaq. İndoneziya atalar sözləri
- Əlində qələm olanın cibi boş olar. Araz Yaquboğlu
- Əziyyət qoy cibə düşsün, dostluğa yox. Madaqaskar atalar sözləri
F
[redaktə]- Fəqir əlinə baxırsa, sən cibinə bax. Azərbaycan atalar sözləri/F
- Fəqirin cibi boş, qəlbi doludur. Azərbaycan atalar sözləri/F
- Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar. Bencamin Franklin
G
[redaktə]- Gözəl qadın göz üçün cənnət, qəlb üçün cəhənnəm, cib üçün təmizləyicidir. Bernar Fontenel
İ
[redaktə]- İnqilabı heç vaxt iyirmi böyük cildlər yox, iyirmi kiçik cib kitabçaları edəcək. Volter
- İnsanlar pis kompaniyaya iki halda qoşula bilərlər. Ciblərində bir qəpik olmayanda və varlı olanda. O.Henri
K
[redaktə]- Keşişin paltarının qolu gen olar, cibi - dərin. Udmurt atalar sözləri
Q
[redaktə]- Qazanda nə varsa, cibdən görünür. Əfqan atalar sözləri
O
[redaktə]- O, havayı pul almağı sevmirdi. Çörəyini vicdanla qazanmaq fikri ona böyük zövq verirdi, amma yoxsul olduğundan, həzdən imtina etmək onun cibinə görə deyildi. Çarlz Dikkens
Ö
[redaktə]- Öz xoşbəxtliyinizin açarını yad cibinə qoymayın. Fuad Ələkbərov
P
[redaktə]- Pansaya qarşı nitqində Hirtsi bir qadın haqqında deyir ki, o, on ay öz oğlunu “bətnində” daşımışdır. “Necə?- deyə Siseron təəccübləndi, - bəlkə, başqaları ciblərində daşıyır?”. Mark Tulli Siseron
- Parlamentin əlini mənim cibimə salmaq hüququ mənim onun cibinə girmək hüququmdan çox deyil. Corc Vaşinqton
V
[redaktə]- Varlının gücü də, ürəyi də cibində olar. Erməni atalar sözləri
Y
[redaktə]- Yalanla qorxu bir cibdə olar. Udmurt atalar sözləri