Kamil
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar. İmam Hüseyn
Ə[redaktə]
- Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq. Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. Lev Tolstoy
- Ən kamil ağıl - ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir. Kəlilə və Dimnə
- Ən kamil əsər ideyaya adekvat olan əsərdir. Tur Xander
H[redaktə]
- Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəmədikcə kamil iman sahibi deyildir. Məhəmməd peyğəmbər
İ[redaktə]
- İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar. Ərəb atalar sözləri
K[redaktə]
- Kamil ağılın ən böyük xəzinəsi dindir. Buna görə də insanın dini ağıldır. Ağlı olmayanın dini də yoxdur. Məhəmməd peyğəmbər
- Kamil bağban çəkər bağın səfasın. Azərbaycan atalar sözləri/K
- Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan. Azərbaycan atalar sözləri/K
- Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. Nikola Şamfor
- Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır.[1]
- Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Fəzlullah Nəimi
M[redaktə]
- Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir. Oskar Uayld
Y[redaktə]
- Yalnız özünü düşünən heç vaxt kamil ola bilməz. Platon