Nizam
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
- Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi
- Azadlıq və hüquq əkiz bacılardır. Azadlıq yalnız möhkəm bir nizam içində reallaşa bilər. Azadlığı qorumaq və yıxıldığı yerdə yenidən tikmək, azadlıq aşiqlərinin ilk vəzifəsidir. Fridrix Ebert
- Azadlıq və nizam heç bir zaman heç bir yerdə birlikdə var olmamışlar; heç bir zaman ikisindən də imtina edilə bilmədi. Alfred De Viqni
Ç[redaktə]
- Çox vaxt nizamlı olan şey xüsusiyyətdir, hal deyil. Seneka
D[redaktə]
- Dünyanı nizama peşəkar salar,
Hər nizam peşədən, hünərdən olar. Əhvədi - Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. Pol Valeri
- Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. Brüs Li
E[redaktə]
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
Ə[redaktə]
- Ədalət olmadan nizam olmaz. Alber Kamyu
- Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron
H[redaktə]
- Həyatın ən erkən illərinin hadisələri yetkinlik yaşında xatırlanması üçün ruhumuzda çox nadir hallarda dərin iz buraxır. Adətən, belə hadisələr dumanlı, aydın olmayan nizamsız xatirəyə- kiçik sevinclərin və ağlasığmaz əzabların dumanlı surətinə çevrilirlər. Edqar Allan Po
İ[redaktə]
- “İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət. Nəsirəddin Tusi
- İnsan kütləsi qeyri-sabit, idarə olunmaz istəklərlə, hisslərlə dolu və nəticələrindən xəbərsiz olduğundan onları nizamlı şəkildə saxlamaq üçün onların ruhu qorxu ilə dolmalıdır. Bu səbəbdən qədim dövrlərdə tanrılar icad etməklə və ölümdən sonrakı hökmə inandırmaqda düzgün iş görmüşlər. Polibi
K[redaktə]
- Kainatda nizam açıq şəkildə qorunur ... Allahın hökmü ilə idarə olunur. Ceyms Preskott Coul
N[redaktə]
- Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur. Mahatma Qandi
Ş[redaktə]
- Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov
T[redaktə]
- Təbiət qədər nizamlı heç nə yoxdur. Mark Tulli Siseron