Palçıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bekarçılıqdan qorx ki, ən böyük eyib odur. Dünyada heç bir şey bekarçılıqdan pis ola bilməz... Sən əgər bekar otursan, deməli, daş və palçıq səndən daha yaxşıdır, çünki onlar heç olmazsa, ev tikmək işində kara gəlirlər. Abbasqulu ağa Bakıxanov
- Bizim nəzərimiz qəlbədir, sudan, palçıqdan olan surətə deyil.. Mövlana Cəlaləddin Rumi
- Bu dünyada kim özünü qısqanclıqdan qoruya bilər? İnsanlar başqaları tərəfindən nə qədər qiymətləndirilirsə, vəzifəsi o qədər vacib və şərəfli olur, o qədər tez qəzəbli qısqanclığın hədəfinə çevrilir: palçıq axınları və böhtan okeanları üstünə tökülür. Jorje Amadu
D
[redaktə]- Dəvədən soruşdular: "Daha çox nəyi sevirsən - yoxuşu, yoxsa enişi?" Dedi: "Üçüncü bir iyrənclik də var - palçıq." Puştu atalar sözləri
E
[redaktə]- Eşşək palçığa bir dəfə batar. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
F
[redaktə]- Fil fili palçıqdan da dartıb çıxarar. Benqal atalar sözləri
- Fil palçığa da batsa, fərqi yoxdur, iki ata dəyər. Benqal atalar sözləri
Q
[redaktə]- Qızıl palçıqda da parıldar. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Murdar adama xeyirxahlıq və müdriklik murdar, palçıq isə dadlı bir şey kimi görünər. Uilyam Şekspir
Ö
[redaktə]- Özgə atından palçığa düşərlər. Avar atalar sözləri
P
[redaktə]- Palçıq bəzən dərinlik təəssüratı yaradır. Stanislav Eji Lets
- Palçıq və daşdır insan. Tanrı tərəfindən yaradılan, amma fərqində deyil, Tanrının ovucları arasına buraxdığı taleyinin.. Misir atalar sözləri
- Palçıqdan palçıq olmamasını tələb etmək olmaz. Anton Çexov
- Palçığa batan arabanı öküz çıxardar. Azərbaycan atalar sözləri/P
T
[redaktə]- Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən. Abdulla Qurbani
Y
[redaktə]- Yalan söz kandarda palçıq kimidir: hərə istəyir kənara atsın. Madaqaskar atalar sözləri