Məzmuna keç

Qəhrəmanlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Heydər Əliyev
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar. Heydər Əliyev
  • Əhəmiyyətli bir problemdə, səlahiyyətinizi aşdığı halda sizə məsləhət edilirsə, qəhrəmanlıq etməyin. Çünki mütləq hadisədə günahkar axtarılır. Erix Fromm
  • Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Heydər Əliyev
  • Əsl qəhrəmanlıq əllərdə deyil, ürəkdə və başdadır. German Melvill
  • Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. Napoleon Bonapart
  • Həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan. Mahatma Qandi
  • Xalq qəhrəmanlığı, zəiflik və gücün azalması ilə müşaiyət edilən ani bir coşğunluqdur. Xalqın azadlığını onun ehtiraslarına deyil, həyat tərzinə əsaslandırmaq lazımdır. Çünki, onun ehtirası ötüb keçən və dəyişkəndir. Bununla yanaşı, yaxşı dövlət quruluşunun fəaliyyəti mövcud olduğu qədər davam edir. Heç bir xalq azadlığın faydasını hiss etdiyi müddətdən artıq azad ola bilməz. Jan Jak Russo
  • Qəhrəmanlıq - həyat tərzi deyil, bir ölüm növüdür. Qabriel Laub
  • Qəhrəmanlıq - həyatı daha dərindən duymağın nəticəsidir. Lev Tolstoy
  • Qəhrəmanlıq qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur. Evripid
  • Qəhrəmanlıq, nə olursa olsun, cismin deyil, ruhun səyidir və buna görə də qəhrəmanın sevgisi yalnız ruhda güclü ola bilər. Burada cismani göz kəsilməyəcək, mənəvi gözə ehtiyac var və bu mənəvi gözün açılması yalnız az və ya çox adi bir təhsillə edilə bilər, başqa heç nə. İlya Çavçavadze
  • Qəhrəmanlığın böyük dərsləri yalnız bədbəxtlikdə olur. Seneka
  • Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir. Ovidi
  • Nəyə gərəkdir o qəhrəmanlıq ki, zəifləri müdafiə etmir, nəyə gərəkdir o dövlət ki, kasıbların ehtiyaclarına sərf olunmur, nəyə gərəkdir o fəaliyyət ki, xeyir işlər üçün görülmür, nəyə lazımdır o həyat ki. insanın başını ucaltmır?![1] Hind atalar sözləri
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar.[2] Ziya Bünyadov
  • Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir. [3][4] Ələddin Allahverdiyev
  • Səhiyyə sahəsində işləyənlər öz canını fəda etməyi bacarmalıdır. Bu heç də qəhrəmanlıq deyil, adi əxlaq normasıdır. Əziz Əliyev

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər.Bakı, 2005.səh.163
  2. [1] YADDAŞ ÖLÜMDƏN GÜCLÜDÜR...
  3. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)
  4. “Türk dünyası ağsaqqalları” qəzeti, 30 may - 05 iyun, №11(199), 2018, səh. 4-5.