Sədəqə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar). Məhəmməd
B[redaktə]
- Bir ana üçün, övladının qapısında dayanıb, ondan sədəqə istər kimi sevgi dilənməkdən daha qürur incidici bir şey ola bilməz. Fyodor Dostoyevski
C[redaktə]
- Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir. Məhəmməd
- Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Mübariz İbrahimov
D[redaktə]
- Dilənçiyə xoş üz göstərsən, əvəzində sədəqə istəyəcək. Tatar atalar sözləri
Ə[redaktə]
- Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Məhəmməd
- Əsl sədəqə savab düşünmədən başqalarına fayda vermək istəyidir. Helen Keller
H[redaktə]
- Hər cür sədəqə, onu qəbul edəni dilənçi vəziyyətinə salır. Çarlz Dikkens
İ[redaktə]
- İndi gəlin görək ali yaxşılıq nədir, müdriklərə ali yaxşılıq kimi təklif olunan yaxşılıq nədir. Bütün insanlar ədalət üçün doğulur ; Bunu təkcə Müqəddəs Yazılar təsdiq etmir, hətta filosoflar da bəzən eyni şeyi deyirlər. Ədalətin özü iki vəzifəyə bağlıdır. Biri üçün ata kimi Allaha, digəri insana qardaş kimi borcludur [...], yəni: Allaha din, insana sədəqə borcludur. Laktansius
- İnsanın qulağı sırğa taxmaqla deyil, kitab dinləməklə izzətlənir, əllər bilərzik taxmaqla deyil, kasıblara sədəqə verməklə bəzənir. Bhartihari
K[redaktə]
- Köpək üçün bir sümük sədəqə deyil. Sədəqə, it kimi ac olanda itlə paylaşılan sümükdür. Cek London
Q[redaktə]
- Qəlbinin yumşalmasını istəyirsənsə , daha tez-tez oruc tut, yumşalmazsa, namaz qıl, yumşalmazsa, sədəqə istə, yumşalmazsa, yetimlərə rəhm et. Əbülfəz Zun-nun Misri
M[redaktə]
- Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi. Jorj Sand
- Molla sədəqə verməz. Ləzgi atalar sözləri
- Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[1] İmam Səccad
O[redaktə]
- Oruc sədəqədən üstündür, çünki oruc bədəninlə, sədəqə isə malınla yerinə yetər. Talmud
R[redaktə]
- Rifah qismən ticarətdən, yarısı kənd təsərrüfatından, dörddə biri hökmdara xidmətdən asılıdır. Sədəqə toplamaqdan isə heç nə yaranmır. Çanakya/Hökmdar
S[redaktə]
- Sədəqə var-dövləti artırar. Məhəmməd
- Sədəqə verən əllər dərd görməsin. Oğuznamə
- Sədəqə vermək üçün var - dövlət yox, yumşaq ürək gərəkdir. Əfqan atalar sözləri
- Sədəqə verməklə mal azalmaz. Məhəmməd
V[redaktə]
- Varlanan dilənçi sədəqə verməz. Koreya atalar sözləri
Y[redaktə]
- Yalnız sədəqə verməklə kifayətlənməyin, mərhəmət edin. Jan Jak Russo
İstinadlar[redaktə]
- ↑ Biharul-Ənvar, c.72, səh.336, hədis 24