Səssiz

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alqışı ən səssiz şəkildə qarşılayan, alqışa layiq olmuş deməkdir. Konfutsi
  • Aslanların səssiz olduğu yerlərdə quşlar, qartallar at oynadar, amma bilmirlər ki, aslanlar o səssizliyi pozsa, qiyamət qopar. Ernesto Çe Gevara

B[redaktə]

  • Bəzən içindəki o səssiz səsə, mütəxəssislərdən daha çox güvən. Oldos Haksli
  • Bəzən səssiz və dərin, bəzən duyğularla dolu, xəyalpərəst, kədərli və bəzən insan səsinin əks-sədası ilə səslənir. Xüsusi səs keyfiyyətinə sahib başqa heç bir musiqi aləti tanımıram. (Saksafon haqqında) Hektor Berlioz
  • Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
  • Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər. Fridrix Şiller

C[redaktə]

D[redaktə]

  • Danışsam, məni ancaq ingilis dili bilənlər başa düşəcək, amma səssiz bir filmi hamı anlaya bilər və dünya Amerikadan ibarət deyil. Çarli Çaplin
  • Dərin çaylar səssiz axar. Başqırd atalar sözləri
  • Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. İmmanuel Kant

E[redaktə]

G[redaktə]

  • Göz yaşları iztirabın səssiz təzahürüdür. Volter
  • Gözəl sifət səssiz tövsiyədir. Frensis Bekon

H[redaktə]

K[redaktə]

S[redaktə]

  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir. Xalid Hüseyni
  • Səssiz duyğular musiqinin köməyi ilə dil açıb danışır. Albrext Dürer

T[redaktə]

  • Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz. Pyer Büast
  • Tamburu döyməsən səssiz olacaq. Həqiqət izah olunmasa, aydın olmayacaq. Tibet atalar sözləri

Z[redaktə]

İstinadlar[redaktə]