Səviyyə

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. Paulo Koelyo
  • Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. Əbu Turxan
  • Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev

B[redaktə]

  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
  • Bir millətin mədəniyyət səviyyəsi, üzərində yaşadığı torpaqları ağaclandırmasıyla ölçülər. Franklin Delano Ruzvelt
  • Biz buna fikir versək də, verməsək də, hər şeyin altında bir sual yatır: Həyatın məqsədi nədir? Hər insan doğulduğu andan etibarən xoşbəxtlik istəyir, əzabdan qaçır. Bunu nə sosial şərtlər, nə təhsil səviyyəsi, nə də ideoloji şərtlər dəyişə bilir. Mövcudluğumuzun təməlində hər birimiz sadəcə olaraq xoşbəxt olmaq istəyirik. Əsas əhəmiyyətli olan şey, xoşbəxtliyi nəyin gətirəcəyini kəşf etməkdir. Tenzin Gyatso

Ə[redaktə]

  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill

H[redaktə]

  • Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur. Albert Eynşteyn

İ[redaktə]

  • İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi xalqın böyüklüyü də onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər. Viktor Hüqo
  • İnsanın doğruçuluq səviyyəsi onun mənəvi kamillik dərəcəsinin göstəricisidir. Lev Tolstoy

M[redaktə]

  • Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır. Frans Kafka
  • Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur. Maksim Qorki
  • "Məkan", "zaman" kimi terminlər siyahısına "müəmmalılıq" terminini də daxil etmək lazımdır. Bunda Tanımanın sıfır səviyyəsi yerləşir. Dəftərlər

R[redaktə]

  • Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq. Şarl de Qoll

Y[redaktə]

  • Yazıçı ustalığının ən yüksək səviyyəsi fikri obrazda ifadə etməkdir. Onore de Balzak

İstinadlar[redaktə]