Vəd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alkoqol yalnız ağılsızlıq, qorxaqlıq, viranlıq və pis əxlaq vəd edir. Çingiz xan
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
- Artıq bilirik ki, vəd böyük ağıl tələb etmir. Eduard Şevardnadze
B
[redaktə]- Boş vəd yalın ayağa geyilmiş ayaqqabı kimidir. Monqol atalar sözləri
- Böyük işləri vəd vermədən gör. Pifaqor
- Böyük vədlər inamı azaldır. Qorasi
- Bu biznesin sarsılmaz qanunlarıdır: söz - sözdür, izahat - izahatdır, vəd - vəddir və yalnız icra olunma – gerçəklik deməkdir. Harold Qenin
- Bütün Hunlаrа istisnаsız оlаrаq şəxsi və milli qеyrət xаsdır. Bu, vаcib qəhrəmаnlıqdır. Əgər söz vеrmisənsə, о, bütün istənilən fikirlərdən, həttа siyаsi məqsədəuyğunluqdаn dа üstündür. Аmmа еşidilən vədi vеrməzdən əvvəl düşünmək lаzımdır. Atilla
Ç
[redaktə]- Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin. Çin atalar sözləri
E
[redaktə]- Elə bir insan yoxdur ki, o, həzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
G
[redaktə]- Geniş təxəyyülə malik insan üçün bayramın yaxınlaşması həmişə möcüzələr vəd edir. Teodor Drayzer
H
[redaktə]- Həyatdan heç zaman küsməyin. axı onun fərqli olacağını sizə heç kəs vəd etməmişdi. Eduard Sevrus
İ
[redaktə]- İnsanın vicdanı insanı daha yaxşı şeylər axtarmağa təşviq edir və bəzən ona əvvəlcə narahat və xoş olmayan, amma yeni həyat vəd edən şeylər xatirinə köhnə, rahat, sevimli, amma ölməkdə və çürüməkdə olanlardan imtina etməyə kömək edir. Aleksandr Blok
S
[redaktə]- Səmimi olmağı vəd edə bilərəm; tərəfsiz olmağı əsla. İmmanuel Kant
V
[redaktə]- Vəd verməklə kasıblaşmırlar. Fin atalar sözləri
- Vəd verəndə fikirləşmək gərəkdir. Benqal atalar sözləri
- Vədlər məmləkətində insan aclıqdan ölər. Danimarka atalar sözləri
Y
[redaktə]- Yalan vədlər açıq imtinadan daha çox qıcıqlandırır. Pyer Büast