Məzmuna keç

Şəhidlər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Qurani-Kərim (Bəqərə surəsi, 154-cü ayə).
  • Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.Qurani-Kərim(Ali-İmran surəsi, 169-cu ayə).
  • Allaha çatmanın bir çox yolu vardır. Biz şəhidliyi seçdik. Şeyx Şamil
  • Bastığın yerlərə “torpaq” deyərək keçmə, tanı:
    Düşün altında minlərcə kəfənsiz yatanı.
    Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
    Vermə, dünyaları alsan da, bu cənnət vətəni. Mehmet Akif Ersoy
  • Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz.[1] Babək Səmidli
  • Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
  • Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Heydər Əliyev
  • Bizi nə qədər biçirsən, bir o qədər çox oluruq. Şəhidlərin qanı xristianlığın toxumudur. Tertullian
  • Çox şəhid verən və çox fədakarlıq göstərən bir ölkə istədiyi səviyyəyə də çata bilər. Mahatma Qandi
  • Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub. Əli Şəriəti
  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər. Məhəmməd peyğəmbər
  • Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
  • Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan. Məhəmməd Əmin Rəsulzadə
  • Əgər birisi döyüş meydanında qəhrəmancasına vuruşur, çoxlu yara alıb düşmən qarşısında yerə yıxılır, amma sonra bütün ağrılarına rəğmən, son gücünü toplayıb düşmənə zərbə vurmaq istəyir, lakin vura bilməyib ölürsə, o, məğlub yox, şəhiddir. Stefan Sveyq
  • İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. Onore de Balzak
  • Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur.[2] Seyyid Əli Xameneyi
  • ...Qatil gülləsinə qurban gedirkən,
    Gözünü sabaha dikdi şəhidlər!
    Üçrəngli bayrağı öz qanlarıyla,
    Vətən göylərinə çəkdi şəhidlər. Bəxtiyar Vahabzadə
  • Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. Füyuzat jurnalı
  • O da veteran olmaq istəyirdi. Amma ona başa salmaq lazımdı ki, şəhid olmağa cəsarət etməyən qazi ola bilməz. Arif Nihat Asya
  • O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. [3] Şarl de Qoll
  • Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Mübariz İbrahimov
  • Vətəniniz üçün öldürün, şəhid olun! Şeyx Şamil

İstinadlar

[redaktə]
  1. "Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü". ikisahil.az. ikisahil.az. İstifadə tarixi: 22 oktyabr 2021.
  2. Xamnei “Qarabağ fətva"sı verib
  3. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194
  4. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.