Əmin-amanlıq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Beş şey böyük nemətdir: cansağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis, yaxşı övlad. Ərəb atalar sözləri
- Bəy səbirli və sakit olmalıdır. Səbir və əmin-amanlıq bəy üçün bir bəzəkdir; bunlar prinsipiallığın ilkin fəzilətləridir. Yusif Balasaqunlu
- Bir hində toyuqlar bir-biri ilə sülh və əmin-amanlıqda yaşayır, amma iki xoruz heç vaxt bir-biri ilə yola getmir. Çünki, onların təbiəti belədir. Leonardo da Vinçi
- Biz əmin-amanlıqda yaşamaq üçün müharibə edirik. Aristotel
- Böyük türk milləti! On beş ildir boynumuza götürdüyümüz işlərdə uğur vəd edən bir çox söz eşitmisiniz. Xoşbəxtlikdən millətimin mənə olan inamını sarsıdan heç bir sözümü qaçırmadım. Bu gün eyni inam və möhkəmliklə deyirəm ki, bütün mədəni dünya bir daha bütünlüklə milli ideala doğru addımlayan türk millətinin böyük bir millət olduğunu bir daha tanıyacaq. Şübhə etmirəm ki, unudulmuş mədəni nitelik və türklüyün böyük vətəndaşlıq qabiliyyəti gələcək inkişafı ilə yüksək sivilizasiyanın üfüqündə yeni bir günəş kimi yüksələcəkdir. Türk milləti! Bu böyük milli bayramı əbədiyyətə tökülən hər on ildə daha böyük şərəf, xoşbəxtlik, əmin-amanlıq və firavanlıqla qeyd etməyinizi ürəkdən ümid edirəm. Nə mutlu türkəm deyənə! Mustafa Kamal Atatürk
- Bu ümmətin ən yaxşı şəxsi üçün belə Allahın əzabından əmin-amanlıq hiss etmə. Çünki Allah-Taala buyurub: Allahın məkr və tədbirindən, xəsarətə uğrayanlardan başqası əmin-amanlıq hissi keçirməz.[1] Bu ümmətin ən pis şəxsi üçün belə Allahın rəhmət və mərhəmətindən ümidsiz olma, çünki Allah-Taala buyurur: Həqiqətən Allahın rəhmətindən fasiqlərdən başqası ümidsiz olmaz.[2][3] Əli
Ə[redaktə]
- Əmin - amanlıqda mübariz insan özünə hücum edir. Fridrix Nitsşe
H[redaktə]
- Hökmdarın aşağıda göstərilən hərəkətləri ucbatından cəmiyyətdə yoxsullaşma gedir, tamahkarlıq artır və narazılıq yaranır:
- Günahkarları cəzalandırmır, günahsızları isə çox sərt şəkildə cəzalandırır.
- Tabe olmayanları həbs edir, cinayətkarları isə azadlığa buraxır.
- Doğruluq prinsiplərinə riayət edilməsinə mane olur.
- Doğru olmayan əməlləri və doğru hərəkətlərdən uzaqlaşmağı mükafatlandırır.
- Qəbahətli hərəkətlər edir, doğru yoldan yayınır.
- Cəmiyyətin liderlərinə zərər verir və hörmətli insanları alçaldır.
- Yaşlı nəsildən uzaqlaşır.
- Görülüb qurtarılan və birgə qərarın qəbul edildiyi işlərə görə haqq ödəmir.
- İşlərdə əvvəlcədən uğursuzluğa məhkum edilmiş yanaşmanı əsas götürür və uğur qazanmağın düzgün üsullarını rədd edir.
- İnsanları soyğunçulardan müdafiə etmir, həmçinin öz vətəndaşlarının hesabına zənginləşir.
- Cəsarətli hərəkətlərdən yayınır və yaxşı işi qiymətləndirmir.
- Yaxşı insanlara lazımi hörmət göstərmir və pisləri mükafatlandırır.
- Dəhşətli, haqsız əməllər edir.
- Yaxşı və ənənəvi əməllərə məhəl qoymur, ədalətsiz, alçaq və tamahkar insanları mükafatlandırır.
- Hökmdarın öz vəzifəsinə etinasız yanaşması və tənbəlliyi ucbatından cəmiyyət əmin-amanlıqdan və rifahdan məhrum ola bilər. Çanakya/Hökmdar
İ[redaktə]
- İnsanlar, sosial siniflər, xalqlar, dəhşətli müharibədən sonra hələ həqiqi sülh tapa bilməmişlər və buna görə də hər kəsin həsrətində olduğu və ehtiyac duyduğu ardıcıllıqla o zəhmətkeş və məhsuldar əmin-amanlıqdan zövq almırlar: hər tərəfdə təqdim olunan acı həqiqət budur. XI Piy
- İnsanları ərazi baxımından kiçik, ədalət sarıdan böyük, silah-sursat etibarilə məhdud olan bir dövlətin (qurulması) ilə müjdələdilər: şəfəqin hamilə qaldığı, işığın dünyaya gətirdiyi, elm daşı üzərində tərbiyə alaraq böyüyən, əxlaq və dinin döşündən əmən bir dövlət. O, gələcəkdir; hər bir gələcək isə yaxındır. Əmr vermək və söz demək haqqı vətəndaşlarda olan təbii və coğrafi bir dövlət! Bu, ruhani və mənəvi bir dövlətdir: haqq və ədalətdən başqa tamahı, qardaşlıq, əmin-amanlıq və sülhdən savayı idarəçilik istəyi yoxdur. Onun hakimləri hikmət, fəlsəfə və sənət sahibləri, şüarı isə “hökumət xalq üçün, xalq isə hökümət üçündür! Əmin ər-Reyhani
Q[redaktə]
- Qəzəb və düşmənçilik ölkənin viran olunmasına, sülh və əmin-amanlıq isə rəiyyətin rifahına səbəb olur. I Təhmasib
M[redaktə]
- Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar. Lev Tolstoy
N[redaktə]
- Nəcib insanlar başqalarının ardınca getmir, onlarla əmin-amanlıqda yaşayırlar. Nanəcib adamlar isə başqalarının ardınca gedir, amma onlarla razılıqda yaşamırlar. Konfutsi
O[redaktə]
- O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var. Konfutsi
P[redaktə]
- Planeti məhv etmək istəyənlər bilsinlər ki, biz onları məğlub edəcəyik. Sülh və əmin-amanlıq istəyənlər bilsinlər ki, biz onları dəstəkləyəcəyik. Amerikanın bələdçi ulduzunun hələ də yanıb-söndüyünə şübhə edən hər kəsə biz bu gecə bir daha sübut etdik ki, ölkəmizin əsl gücü silahlarımızın gücündə, sərvətimizin həcmində deyil, ideallarımızın sarsılmaz gücündədir. - demokratiya, azadlıq, imkanların genişliyi və sönməz ümid. Barak Obama
S[redaktə]
- Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. İlham Əliyev
Ş[redaktə]
- Şah Təhmasibin zamanında rəiyyət tamamilə əmin-amanlıqda, rahatlıq və asudəlikdə idi. Əgər rəiyyətdən şahın hökmündən bir dinar artıq vergi alınsaydı, o şəxs 50 tümən cərimə olunurdu. [4]
- Qazi Əhməd Qumi, Azərbaycan tarixçisi.
- Şübhə yoxdur ki, dünyanı müdriklər deyil, axmaqlar idarə edir. Ağıllılar düşünərkən, axmaqlar hərəkət edir; Müdriklər araşdırarkən, axmaqlar qərar verir; müdriklər kəşf edənə qədər, axmaqlar nizam-intizam üçün, müdriklər isə qanun və asayiş naminə, yoxsa, sülh və əmin-amanlıq naminə yol verməyə məcburdurlar. Cin İngelou
İstinadlar[redaktə]
- ↑ Əraf surəsi, 99
- ↑ Yusif surəsi, 87
- ↑ Şeyx Razi, "Nəhcül Bəlağə, hikmət 377
- ↑ Şükufə Məmmədova. "Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi" Bakı,1991