Məzmuna keç

Ay



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ay keçməmiş atı tərifləmə, il keçməmiş - arvadı. Tatar atalar sözləri
  • Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar. Heydər Əliyev
  • Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən. Deyl Karnegi
  • Bir azdan antarktida da yay olacaq. Əgər temperatur 30 dərəcədən azdırsa bunu yay saymaq olar. Ancaq gündüzlər bu zaman uzun olacaq və altı ay boyunca bir gün 22 saat davam edəcək. Rual Amundsen
  • Biz niyə hər ay yeni birinə aşiq olmuruq? Çünki ayrıldıqda ürəyimizin hissəciklərini itirərə bilərik.[1] Ziqmund Freyd
  • Həyatımın son altı ili ilə müqayisədə, bu altı ay ərzində daha çox həyat təcrübəsi qazandım. Mayn Rid
  • Hökmdar barışığı altı ay və ya bir il müddətinə bağlamalıdır. Bu müddət düşmənin gücünü bilməyə və onu məğlub etməyə kifayət edər. Çanakya
  • Kiçik məqsədləri yüksək məqsədlərə qurban verərək bütün həyat, məlum vaxt, il, ay, həftə, gün, saat, dəqiqə üçün məqsədə malik ol. Lev Tolstoy
  • Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar. Cəfər Sadiq
  • Sənə bir çimdik duz verilibsə, altı ay yadında saxla, Teluqu atalar sözləri
  • Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir. Uinston Çörçill
  • Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. shagird.info