Ayıq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlı başında və ayıq olan adam oynamaz. Mark Tulli Siseron
  • Ayıq həyat tərzinə keçərkən birdən hiss edirsən ki, araq probkasının iyindən sərxoş olmusan. Mark Tven
  • Ayıq vaxtı yuxu görən, gecə yatarkən yuxu görəndən çox qabağa gedir. Edqar Allan Po

B[redaktə]

  • Bü dünyada çalışqan, öz mövqeyindən məmnun qalan, ayıq, xoşbəxtliyə və kədərə baxmayaraq sadiqliyini itirməyən nökərlərə çox nadir hallarda rast gəlinir. Çanakya

Ç[redaktə]

  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək! İsgəndərnamə

Ə[redaktə]

  • Əgər müstəqil olmaq istəyirsənsə, mülayim və ayıq həyat tərzi yaşa. Pifaqor

F[redaktə]

  • Futbol mənə ən böyük sevinci yaşatdı. Mənə qələbəni ayıq-sayıq qəbul etməyi və ümidsiz məğlub olmağı öyrətdi. Lev Yaşin

H[redaktə]

  • Həmişə ayıq ol, şər adamların hiylələrinin həddi-hüdudu olmaz. Nəsirəddin Tusi
  • Hətta tərəqqi üçün ayıq istək imanla - insan təbiətinin daxili yaxşılığına və elmin hər şeyə qadirliyinə inamla təmin edilir. Bu, “zirvəsi cənnətə çatan bir şəhər və qüllə” tikmək üçün yola çıxan və “heç bir şeyin onlara mane ola bilməyəcəyinə” inanan insanların inancından fərqli olaraq, küfr və küfr edən bir inancdır. Erik Hoffler
  • Həyatın, ətrafımızdakı hər şeyin poetik qavrayışı uşaqlıqdan bizə miras qalan ən böyük hədiyyədir. Əgər insan uzun ayıq illərdə bu hədiyyəni itirmirsə, o, şair və ya yazıçıdır. Konstantin Paustovski

X[redaktə]

  • Xe­yir­dən-şər­dən üz dön­də­rən na­mus­lu fik­rin, bir də ayıq-sa­yıq­la­rın qor­xu­su ol­maz. Dham­ma­pa­da

İ[redaktə]

  • İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
  • İlk dəfə içməyi unutduğum üçün ayıq oynadım. Lənət olsun, daha yaxşı oynayacağımı düşündüm. Ceyms Hetfild
  • İnsan yem dalınca qaçmasın gərək,
    Quşdan ayıq olsun, zirəkdən zirək. Yeddi gözəl (Nizami)

K[redaktə]

  • Kiçik düşmənə belə kinini bildir artıq
    Hər zaman əzilərsən əgər olmasan ayıq. Sirlər xəzinəsi (Nizami)
  • Kobud məhdudiyyətdən kobud qoçaqlıq, ayıq hesablamadan isə qərarsızlıq yaranır. Fukidid
  • Kora ayıq bələdçi lazım olan kimi, insana da həqiqət lazımdır. Maksim Qorki

S[redaktə]

  • Səfeh yuxulu, xəyal edən məhbusa bənzəyir. Müdrik isə əksinə, öz qandalını görən, onların cingiltisini eşidən ayıq məhbusa oxşayır. Qaçmaq üçün o bu ayıqlığından istifadə edirmi? Artur Şopenhauer
  • Sərxoş halda yaz, ayıq vaxtı düzəliş et. Ernest Heminquey
  • Sərxoş olanda dediklərinizi həmişə ayıq başla deyin. O zaman sakit durmağı öyrənərsiniz. Ernest Heminquey
  • Sərxoş vəziyyətdə verdiyiniz sözləri ayıq vaxtı yerinə yetirin. Bu sizi dilinizi saxlamağa öyrədər. Ernest Heminquey

Ü[redaktə]

  • Ümid- ayıq vaxtı görülən yuxudur. Aristotel

Y[redaktə]

  • Yaponlar tez kefləndikləri kimi, tez də ayılırlar. Deyəsən, onlar cilovu gah tamam buraxmaq, gah da yenidən dartmaq bacarığı ilə öz iradələrini möhkəmləndirirlər. Yaponların məclisinə düşən əcnəbi ilk anlar özünü çox ayıq hiss edir; ona elə gəlir ki, şərab yoldaşları indicə stolun altına yıxılacaq, lakin sonra o, özünü başqaları kimi dərhal ələ ala bilmir.
    • D.İnrayt, “Şeh aləmi”, London, 1954.

İstinadlar[redaktə]