Məzmuna keç

Bolluq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah gecə və gündüz, qış və yay, müharibə və sülh, bolluq və aclıqdır. Heraklit
  • Azlığa dözümsüz olsan, bolluqdan olarsan. Çin atalar sözləri
  • Başqa millətlərin bolluq içində yaşaması və ya aclıqdan ölməsi - məni yalnız mədəniyyətin qorunması üçün kölələrə nə dərəcədə ehtiyac duyduğum maraqlandırır ... Dünyada heyvanlarla yaxşı rəftar edən yeganə almanlar bizik. Biz bu heyvanlarla da ləyaqətlə rəftar edəcəyik. Halbuki, onların qayğısına qalmaq, onlara hər hansı ideallar aşılamaq və bununla da övladlarımızın, nəvələrimizin onlarla rəftarını daha da çətinləşdirmək öz qanımıza qarşı cinayət olardı. Henrix Himmler
  • Bolluq ilində dilənçi lap çox yazıq olar. Koreya atalar sözləri
  • Bolluqda dərman da zəhərdir. Yapon atalar sözləri
  • Bolluqda təkəbbür göstərmə, ehtiyac içində özünü alçaltma. Lindli Kleobul
  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
  • Hakimiyyət və bolluq həmişə mübahisələr doğurur. Daniel Defo
  • İnsanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox: bolluqda - bir yerdə yeyib kef çəkmək, qıtlıqda - əlbir olub bir-birinə kömək etmək üçün. [1] Aristotel
  • İstedad həmişə öz bolluğunun fərqindədir və paylaşmağa etiraz etmir. Aleksandr Soljenitsın
  • Meşə, su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz. Həsən Əliyev
  • Mənə həmişə elə gəlirdi ki, vətənimiz üçün bolluq yox, zirək ispravniklər (çar Rusiyasında qəza polis rəisi) lazımdır. Saltıkov-Şedrin
  • Təbiət insan zəhməti ilə çoxalmış hədiyyələrini bizə təqdim etməyə davam edir. Ancaq bolluq qapımızda olsa da, biz onun faydalarından daha az istifadə edirik. Bu daha çox ondan irəli gəlir ki, öz inadkarlıqları və bacarıqsızlıqları ilə bəşəriyyətin birja idarəçiləri uğursuzluğa düçar oldular, səhv etdilər, uğursuzluğu etiraf etdilər, sonra isə məsuliyyətdən qaçdılar. Franklin Delano Ruzvelt
  • Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil. Demokrit

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.48