Diş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Analı qızın işi görünər, anasız qızın dişi. Azərbaycan atalar sözləri/A
- Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır. [[Vudi Allen] D ==
B
[redaktə]- Bütün insanlar şeylərin səbəblərindən xəbərsiz olaraq doğulurlar və hamısının özləri üçün faydalı olanı axtarmaq istəkləri var. Bunun birinci nəticəsi budur ki, insanlar öz istəklərindən xəbərdar olduqları üçün özlərini azad hesab edirlər və onları tanımadıqları üçün onları bu istək və arzuya sövq edən səbəbləri yuxuda belə görmürlər. İkinci nəticə odur ki, insanlar hər şeyi bir məqsəd naminə, məhz can atdıqları mənfəət naminə edirlər. Buradan belə nəticə çıxır ki, onlar həmişə baş verənlərin yalnız son səbəblərini (causae finales) tapmağa çalışırlar və onlara göstərilən zaman sakitləşirlər, əlbəttə ki, əlavə şübhələr üçün heç bir əsas olmadan. Onları başqasından öyrənməyə imkanları yoxdursa, özlərinə üz tutub görməkdən başqa çarələri yoxdur. Belə hallarda özləri, adətən, hansı məqsədləri rəhbər tuturlar; beləliklə, onlar mütləq digərini özləri mühakimə edirlər. Bundan əlavə, onlar öz daxilində və xaricində faydalarının həyata keçirilməsinə böyük töhfə verən bir çox vasitə tapdıqları üçün, məsələn: görmə üçün gözlər, çeynəmək üçün dişlər, yemək üçün bitki və heyvanlar, işıqlandırma üçün günəş, balıqları bəsləmək üçün dəniz və s., deməli, onlar bütün təbii şeylərə öz mənfəətləri üçün vasitə kimi baxırlar. Onlar bilirlər ki, bu vasitələri özləri hazırlamırlar, özləri tapırlar və bu, onlara inanmağa əsas verir ki, bu vasitələri onların istifadəsi üçün hazırlayan başqa biri var. Əslində, əşyalara vasitə kimi baxaraq, bu şeylərin özlərini belə etdiyini düşünə bilməzdilər. Ancaq özlərinin adətən özləri üçün hazırladıqları vasitələrə bənzətməklə, gərək belə bir nəticəyə gəliblər ki, insan azadlığı bəxş edilmiş hansısa təbiət hökmdarı və ya hökmdarları var ki, onlar üçün hər şeyin qayğısına qalıb, hər şeyi onların istifadəsi üçün yaradıb. Bu hökmdarların xarakteri, heç vaxt bu barədə heç nə eşitmədikləri üçün, özləri mühakimə etməli oldular. Nəticə etibarı ilə onlar belə hesab edirdilər ki, Tanrılar hər şeyi insanların xeyrinə təşkil edir ki, insanlar onlara bağlansınlar və onlara ən yüksək ehtiramları bəxş etsinlər. Benedikt Spinoza
D
[redaktə]- Dil illə düyünlənən diş ilə açılmaz. Mahmud Qaşğari
- Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar. Corc Bernard Şou
- Diş ağrısına ayı da dözmür. Osetin atalar sözləri
- Diş tutmayanı, dodaq tutmaz. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
G
[redaktə]- "Gözə göz, dişə diş" düşüncəsi bütün dünyanı kor edəcək. Mahatma Qandi
F
[redaktə]- Fil dişi, mərmər, etrüsk heykəlcikləri, şəkilləri, gümüş əşyalar... Çoxu məhrumdur bunlardan və bəzləri heç axtarmaz bunları. Horatsi
H
[redaktə]- Hər kəsin diş fırçası var, amma dişlərini fırçalamır bəziləri. Ağıl da belədi; hamımızda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı... Çak Palanik
İ
[redaktə]- İki dişi ilə fil də öyünür, qaban da. Benqal atalar sözləri
- İtin ağzından fil dişi tapa bilməzsən. Çin atalar sözləri
Q
[redaktə]- Qapan it dişin göstərməz. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
O
[redaktə]- Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır. Viktor Hüqo
Ö
[redaktə]- Övlad bir turş almaya bənzər, yeyənin dişi qmaşar, yeməyənin könlü istər. Azərbaycan atalar sözləri/Ö
P
[redaktə]- Payını yalqız yeyən payını dişi ilə tutar. Azərbaycan atalar sözləri/P
- Pələng dişi ilə parçalayar, ona buynuz nə lazım? Koreya atalar sözləri
S
[redaktə]- Sonrakı peşmanlıq fayda vermir. Ən yaxşısı səhvi boynuna almaqdır. Əks halda, kənardan diş pastasını boruya geri dürtməyə çalışan adam kimi görünəcəksən. Mel Qibson