Məzmuna keç

Ayna

(Güzgü səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz. Çarli Çaplin
  • Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol. Avraam Linkoln
  • Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. Əbu Turxan
  • Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük. Fridrix Şiller
  • Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza. Cəlil Məmmədquluzadə
  • Gözəllik aynada özünü seyr edən sonsuzluqdur. Cübran Xəlil Cübran
  • Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma. Arif Nihat Asya
  • Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman, o gülmür. Çarli Çaplin
  • Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün. Həsən bəy Zərdabi
  • Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək. Cənab Şəhabəddin
  • İnkişafımız üçün bir aynaya ehtiyacımız var. Artur Şopenhauer
  • İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Əbu Turxan
  • İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
  • İnsanların aynası kitablardır. Oldos Haksli
  • İşığı yaymağın iki yolu var: ya şam, ya da əks etdirən bir ayna olmaq. Edit Uorton
  • Mən 4 adamam: 1 mən, 2 içimdəki, 3 aynadakı, 4 ürəyimdəki.. Məni keç, içimdəki onsuz da dəlidir, qır aynadakını.. Ya ürəyimdəki? Pol Oster
  • Özümü tək buraxmamaq üçün bütün gecə aynanın qarşısında oturdum. Çezare Paveze

İstinadlar

[redaktə]