Məzmuna keç

Heyran



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başa düşmürəm, əgər bu sənə xoşbəxtlik gətirmirsə, ağıllı olmağın və dünyanı öz zəkan ilə heyran qoymağın nə mənası var! Cerom Selincer
  • Başqalarından daha mahir, daha bəlağətli, istedadlı və ağıllı insan görəndə ona heyran olmaya bilmirəm, özüm-özümə aid olmur və özümü ona təslim edirəm. Mikelancelo
  • Büdrəyən insana heç kim heyran qalmayacaq. Heyranlığa ayağa qalxa bilən layiqdir. Avraam Linkoln
  • Əgər mükəmməl gözəlliyə, valehedici xarici görünüşə heç kim heyran olmursa, deməli, onların heç bir dəyəri yoxdur. Onore de Balzak
  • Ən azından, mən çox kişilər tanıyıram ki, arvadlarının axmaqlıqlarına heyran olur və onlarda uşaq günahsızlığının bütün əlamətlərini görürlər. Nikolay Qoqol
  • Haqqınızda heç nə bilmədən sizə necə heyran olurlarsa, eyni şəkildə sizdən nifrət edə bilərlər. Merilin Monro
  • Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar. Fransız atalar sözləri
  • Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar. Viktor Hüqo
  • Hitlerin sisteminə nifrət etmək olar, amma onun vətənpərvərlik naliyyətlərinə heyran qalmamaq olmaz. Əgər bizim ölkəmiz məğlub olsa, ümid edirəm ki, bizdə də belə bir heyranedici, layiqli lider tapılacaq və o bizə yenidən cəsarət verəcək, başqa millətlər arasında yerimizi bizə qaytaracaqdır. Uinston Çörçill
  • Hökmdarlar da ilanlar kimidir: hamısının klobuku (ucu şiş rahib papağı) var, onlar da həzz almağı və başqalarından gizlənməyi sevirlər, onlar da qəddar və hiyləgərdirlər, lakin məsləhətçilərin təsiri altına düşürlər (ilanların bir mantranın səslərinə heyran olduğu kimi). Çanakya
  • Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
  • Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. Corc Soros
  • Xarakterlərin qarşılıqlı əlaqəsi nəticəsində yaranan ən incə reaksiyaları müəyyənləşdirmək mümkün deyil, çünki heyran olduğumuz mövzunun bizə nə dərəcədə təsir etdiyini heç kim bilmir. Teodor Drayzer
  • İdealımızı təzahür etdirən hər bir şey bizi heyran qoyur. Nikolay Çernışevski
  • İlk görüşdə əlini sıxır, yaltaqlanır, quyruq bulayır, çönən kimi artıq o adam deyil və alçaqlığı ilə adamı heyran edir. Abay Kunanbayev
  • İncəsənəti zülmkar da, cani də sevməlidir... Şekspirə, Bethovenə heyran olan insanlar Şekspirin, Bethovenin oyatdığı fikirlərinə, istəklərinə eyni ilə sevənlərin predmeti yox, ona səbəb olan şeyləri sevdikləri kimi heyran olurlar. Bu cür heyranlıqda incəsənətin həqiqi reallığı olmasa da, tam bir sonsuzluğu var. Lev Tolstoy
  • İnsan ancaq özünü məhv edənə heyran olar. Emil Çoran
  • İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. İmmanuel Kant
  • Mən Kanta heyran olurdum, yazdıqlarından isə heç nə başa düşmürdüm. Bu cür vacib və faydasız kitablar yazan insan yalnız mələk ola bilərdi. Salvador Dali
  • Məni iki şey heyran edir və düşündürür: başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaq qanunu. İmmanuel Kant
  • Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. Frensis Bekon
  • Sevgi fərdi mövcudluğun hədlərini açır və şüura varlığın bütün ləzzətini gətirir; sevgi ilə həyat özünə heyran olur; sevgi – həyatın apofeozudur. (Apofeoz – bir şəxsi və ya bir hadisəni şöhrətləndirən deməkdir.) Gertsen
  • Su axar çuxurunu tapar, axmaq axmağa heyran olar. Nikola Bualo
  • Vətənpərvərlik, ümumi yerlərdə təmtəraqlı sözlərlə ucadan qışqırmaqdan ibarət deyil. Vətənpərvərlik, vətənə sevgidən ibarətdir. O sevgidən ki, o qışqırmadan danışmağı bacarır, təkcə yaxşı şeylərə heyran olmur, eyni zamanda hər bir yerdə, deməli hər cür pisliklərə qarşı barışmaz olur. Vissarion Belinski
  • Zaman və ayrılıq sevgini məhv edir. O,yalnız xatirələrlə yaşamır. İnsanın dönüklüyü onun ideala heyran olaraq, adətən, real və həqiqi şeylərə üstünlük verməsinə də təsir edir. Dünyada gözəl qadınlar azdır və elə bir qadın yoxdur ki, o hamıdan gözəl olsun. Eyni zamanda, hamıdan gözəl olan kişi də yoxdur. Ancaq, eyni dərəcədə iki gözəl rəsmdən hal-hazırda baxdığınız rəsm daha yaxşıdır. Ona görə də aşiq olanların ayrılıq haqqında qorxaraq düşünmələri təsadüfi deyil. Mayn Rid